Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
02 Января 2014

Maşın şou - Maşını layiqlisi apardı!

Artıq bir neçə həftə idi ki, ATV kanalında “Maşın şou” verilişi gedirdi. Çox maraqlı şoudur. Mən hər gün imkan dairəsidə bu şounu izləyirdim. Nəhayət ki, maşının ətrafında 2 nəfər qaldı: Hüseyn Məhəmməd oğlu (klarnet ifaçısı) və Dj Çina.

Bu iki nəfərin maşın ətrafındakı hərəkətlərini analiz edəndə mənim rəğbətimi təmkinli, mədəni və səbirli davranışına görə Dj Çina qazanmışdı. Açığı bu vaxtacan bu Dj haqqında eşitməmişdim, tanımırdım. Hüseyn Məhəmməd oğlu isə çox canfəşanlıq edir və bununla da özünü tamaşaçıların gözündə nüfuzunu itirmişdi.

Maşın şounun daha bir iştirakçısı Niyam Səlami yaxşı demişdi: “Maşını qazanmaq üçün hər yola əl vuranlar bilsin ki, bu oyun 10-15 gün çəkib qurtaracaq, amma həyat davam edir və elə hərəkət etmək lazımdır ki, hörmətdən düşməyəsən”.

Nəisə oyuna baxanlar artıq oyunun gedişatını görüb, HOST qrupunun ifaçısı, aparıcı Günelin çıxma səhnələri, Dj Çina ilə birlikdə qalanda onun əlini maşınnan çəkmədi üçün Hüseynin etdiyi hərəkətlər, dediyi sözlər, gizli çəkilişlərdən görünən lentlər bu şouya baxan tamaşaçıların gözündə onu gözdən salıb. Hətta bu şoudan çıxan iştirakçıların, zalda oturan tamaşaçıların belə sözlərindən, reaksiyalarında onun haqqında insanların fikirlərinin mənfi olmağı açıq-aşkar bəlli olurdu. Oradakı hamı Dj Çinanın qalıb olmasını istəyirdi.

Nəisə, 31 dekabr Maşın şounun növbəti veilişini səbirsizliklə gözləyirdim. Qalibin Dj Çina olduğunu biləndə çox sevindim. Halal olsun. Həm qalib oldu, həm də tamaşaçıların rəğbətini qazandı. Çox maraqlı şoudur, insanların iç üzləri açılır, maskaları düşür. Murad Dadaşovun da aparıcılığına söz ola bilməz. İstərdim ki, bu şou ekranlarda tez-tez görünsün. Maşınıda layiqlisi aparsın.

  2318   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Телевизионные программы

"Survivor" proqramını böyük maraq və həyəcanla seyr edirik
Телевизионные программы

"YARIMada" verilişi - Milli Televiziya və Radio Şurası hara baxır?
Телевизионные программы

Vüsalə xanımın aparıcılığı ilə "Qadına görə" verilişini izləməyi xüsusilə toya hazırlaşan xanımlara məsləhət görürəm
Телевизионные программы

Həqiqətə uyğun olmayan video və xəbərləri televiziya kanallarında göstərməklə nə qazanırsınız?
Телевизионные программы

Yeni formatda yayımlanan "Ben bilmem eşim bilir" verilişi insanları insanlıqdan çıxararaq şeytanlaşdırır
Телевизионные программы

"Big brother Türkiye" – super realiti şoudur. Gokçen, İdil, Arsel, yarışmanı sizlərdən birinin udmasını çox istəyirik
Телевизионные программы

"Big brother Türkiye" layihəsi gözlədiyim kimi maraqlı olmadı
Телевизионные программы

Turabinin "Survivor All Star"da 10 ilin çempionu olmasına çox sevindik
Телевизионные программы

"Пусть говорят" verilişində "Sən gəlməz oldun" musiqisinin səsləndirilməsi gözlənilməz və xoş oldu
Телевизионные программы

Xəzər TV-də yayımlanan "Addım-addım" verilişi insanı xəyalən təbiətin qoynuna aparır
Телевизионные программы

ATV
Телевизионные программы

Машина реалити шоу

  Положительных отзывов: 2

  Отрицательных отзывов: 0


up