Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
31 Декабря 2013

Yeni ilin ətri portağal salatı ilə - sizdə hazırlayın

Hər bayramın öz ətri var. Mənim üçün Yeni il bayramı portağal ətri ilə yadda qalıb. Portağalın narıncı rəngi insana xoş əhval ruhiyyə bəxş edir. Portağalın özü isə həmçinin vitaminlərlə zəngindir, hansıki həyat enerjisini çoxaldır və imuniteti yaxşılaşdırır. Uşaqlıqdan bəri yeni il süfrəmizi mütləq portağallar bəzəyib. Artıq yeni ili portağalsız təsəvvür edə bilmirik.

Keçən il mən portağal salatı adlandırılan bir reseptlə tanış olmuşdum və hazırlamışdım. Ailə üzvlərimizin də çox xoşuna gəlmişdi. Fikirləşmişəm ki, bu gün bayram süfrəsinə bu yüngül salatı mütləq hazırlayacam.

Resept belədir: 1 portağal ½ limon 3 ədəd alma 1-2 mandarin 2 ədəd kivi 2 xörək qaşığı şəkər tozu 50 qr yoqurt Lap azca duz Portağalı, limonu, kivini, almaları qabıqdan soyub, dilimləyirik. Üstünə lap azca duz və şəkər tozu əlavə edib qarışdırırıq. Hazırlanmış salatın üzərinə yoqurt tökürük.

Siz də hazırlayın. Yeni il süfrəsinin çoxlu ləziz yeməklərindən sonra yüngül portağal salatı xoşunuza gələcək. Gecə yarısına qədər rahatlıqla yemək olur, rahat həzm olunur. Axı hamımız Yeni il gecəsi saat 12-ni gözləyib, televiziya verilişlərində maraqlı konsertlərə, tamaşalara baxıb, oyaq qalırıq. Bayramınız mübarək!

  3073   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Салаты

  Положительных отзывов: 15

  Отрицательных отзывов: 0


up