Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
28 Декабря 2013

Bakının reallığı – hündür binalar çox, sağlam həyat yox!

Televiziya kanallarının birində belə bir anons oxudum: “Bakının hansı rayonunda əhali təzə tikilən çoxmərtəbəli binaların yaratdığı sıxlıqdan və bundan irəli gələn şəraitsizlikdən şikayət edirlər?!”

Sözün düzü təəccübləndim. Bu vəziyyət məgər Bakının məhz hansısa bir rayonundadır? Yoxsa bütün Bakıda? Üstəlik Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətli nümayəndəsi bu problemlə üzləşən iki rayonun adını çəkdi və qeyd etdi ki, artıq Bakı şəhərində binaların tikintisi məhdudlaşdırılacaq. Soruşmaq istərdim ki, Bakıda məgər yer qalıb ki? Artıq Bakıda boş torpaq sahəsi qalmayandan sonra tikintini məhdudlaşdıracaqsınız?

15 il öncə hal-hazırda yaşadığımız evə köçəndə binanın qabağı da, arxası da açıqlıq idi. Hətta dəniz mavi bir səth kimi görünürdü. Binamızın qabağında uşaq baxçası fəaliyyət göstərirdi. Lakin birdə eşitdik ki, baxçanı sökürlər. Baxçanın işçiləri, binanın sakinləri nə qədər narazıçılıqlarını bildirsələr də, bir nəticə olmadı.

Baxça söküldü, torpağı satıldı və yerində bina tikildi. 10 il ərzində mənzərə tam dəyişib, pəncərədən baxanda ancaq təzə tikilən çoxmərtəbəli binaları görürsən. Sovet vaxtında binalar bir-birindən aralı tikilirdi, aralarında yaşıl həyətlər, parklar salınırdı.

Əgər səhf etmirəmsə, bildiyimə görə, Binaların arasında binaların hündürlüyü qədər də məsafə olmalıdır. Buna tikinti şirkətləri riayət edirlərmi? Binalar bir-birinə yapışıq, bir-birinin kölgəsi altındadırlar. Burada doğulan uşaqlar artıq doğulandan potensial raxit xəstəsidirlər. Düzdü Bakı çox gözəlləşib, çox dəyişib. Yeni hündür mərtəbəli binalar da lazımdır. Amma daha bu sayda yox. İnsanlara təkcə yaşamağa ev yox, sağlam mühit və sağlam həyat tərzi də vacibdir!

  2070   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up