Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
28 Декабря 2013

Şam kursuna getməyinizi heç məsləhət görməzdim

Hal–hazırda Bakıda çoxsaylı dil kursları vardır. Aralarında həqiqətən ciddi rejimli dərs keçən və məsuliyyətli kurslar da var. 2 il bundan əvvəl otaq yoldaşımla birlikdə ingilis dili üzrə kurslar axtarırdıq. Qrup yoldaşımın məsləhəti ilə sahil metrosunun yaxınlığında yerləşən Şam kursuna getdik və qeydiyyatdan keçdik.

Müəlliməmiz çox mehriban və səmimi bir insan idi, ilk dərsdə səviyyəmizi yoxladıqdan sonra həftədə 2 dəfə, hər dəfəsində 1 saat olmaqla keçiriləcəkdi. Vəsaitimizin isə Mörfe kitabı idi, qiymət də çox sərfəli idi, 25 manat.

Ilk təəssüratımız yaxşı olduğu üçün belə ucuz qiymətə belə bir kurs tapdığımız üçün sevinmişdik. Atalarımız yaxşı deyiblər, “ucuz ətin şorbası olmaz”! Sonrakı dərslərdə isə dərsin yarısını belə desək guya ingiliscə qeybət edirdik, yarısında da Mörfedən çalışmalar edirdik. Dərsdə heç ciddilik yox idi, yeni sözləri də qarşımıza çıxdıqdca dəftərə qeyd etsək belə heç vaxt öyrənmirdik, universitet dərsləri olduğu üçün vaxtımız da az olurdu, amma müəllimə tələb etmədiyi üçün bizim də öyrənməyə həvəsimiz qalmırdı.

Bu kursa getməyimiz kitabdan sadə ingilis dili qrammatikasına aid qaydaları təkrar etməkdən başqa bir işə yaramadı. Müəllimin ingilis dili üzrə səviyyəsi çox yaxşı olsa da tədrisdə heç də özünü doğrultmadı. Abituriyent hazırlığı üçün yaxşı olsa da dildə sərbəst danışıq və əlavə söz bazası üçün heç də münasib deyil. Ona görə də məhz bu məqsədlə kurs axtaranlara heç məsləhət görməzdim.

  1600   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Курсы

Azərbaycanda Fransız İnstitutu - fransız dilini öyrənmək istəyənlər üçün ən doğru məkan
Курсы

Jalal–I tədris mərkəzi - ciddi dərs rejimindən çox razıyam
Курсы

Zirvə kursu magistratura pilləsinə hazırlıq üçün həqiqətən faydalı bir kursdur
Курсы

Şam kursu

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 1


up