Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
28 Декабря 2013

Sevə-sevə oxuduğum “Ailəm” jurnalı

Ümumiyyətlə götürdükdə jurnal və qəzetləri mütəmadi olaraq mütaliə etmirəm. Harada əlimə hansı keçsə onu da oxuyuram. Hələ məktəb dövründə bibim bizə gələndə özü ilə Ailəm jurnalının bir neçə buraxılışını gətirmişdi, boş vaxtımda birdən gözümə sataşdı və vərəqləməyə başladım. Elə birinci məqaləni oxudum və çox maraqlı olduğunu gördüm.

Bu jurnalda həqiqətən də maraqlı, faydalı məlumatlar çoxdur, çox səviyyəli, heç bir reytinq xarakteri daşımayan məqalələr yazılır. Iki səhifədən ibarət olan ibrətamiz, hikmətli hekayələr çox dəyərlidir. Jurnalın əsas fikir qaynağı min illərin sınağından çıxmış ailə-məişət ənənələridir.

Burada uşaqların tərbiyəsi və sağlamlığı haqqında yazılar, ailə haqqında nüfuzlu insanların düşüncələri çatdırılır, evin dizaynı ilə bağlı yeniliklər barədə məlumatlar verilir, müxtəlif maraqlı yemək reseptləri yazılır, psixoloji yönümlü məqalələr, cəmiyyətimizə lazım olan əsas məlumatlar dərc olunur.

Redaksiyanın şüarı “Jurnal hər kəsin olsun, hər kəs “ailəm” desin” dir. Jurnalda oxucular üçün də ayrıca səhifə ayrılıb, belə ki, oxucular jurnal haqqında fikirlərini, irad və təkliflərini yazırlar. Oradakı məktubları hər dəfə oxuyanda bu jurnalın həqiqətən də bir çoxlarına kömək olduğunun şahidi olmuşam.

Jurnalın lap axırıncı səhifəsində isə çox maraqlı məntiqi testlər var və növbəti sayında onların cavabları açıqlanır. Oradan oxuduğum bir hekayəni isə heç vaxt unutmaram, adı yadımdan çıxsa da hələ də yadıma düşəndə gözlərim dolur. Doğrudan da çox məsləhətli jurnaldır, alıb özünüz də şahidi ola bilərsiniz.

  1742   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Журналы и газеты

Ok jurnalının maraqlı yazıları, reportajları və məlumatları var
Журналы и газеты

“Qönçə” dərgisi – həqiqətən uşaqları düşündürən bir hədiyyədir
Журналы и газеты

Cosmopolitan - почувствуй себя девушкой Космо
Журналы и газеты

Bərəkət Nəşriyyatı
Журналы и газеты

Аилям журнал

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up