Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
27 Декабря 2013

Jalal–I tədris mərkəzi - ciddi dərs rejimindən çox razıyam

Bir il bundan öncə kompüter proqramlarını öyrənmək üçün kurs axtarırdım. İnternetdə bir neçə kurslarla maraqlandım. Nəticədə Jalal – İ kurslarına getməyə qərar verdim. Düzü qrup yoldaşlarım də kompüter kurslarına gedirdilər. Lakin o qədər qeyri-ciddi dərs rejimlərindən danışdıqları üçün gözüm qorxmuşdu.

Təsəvvür edin ki, 2 aylıq kursu 5 aya bitirmişdilər. Gah qızlar özləri məsuliyyətsizlik edib dərsi təxirə salır, gah da müəllim yerində olmur və dərslər təxirə salınırdı. Düzü belə kursa getməkdənsə getməmək yaxşıdı.

Nəisə, Jalal – İ kurslarının dərs rejimindən, müsbət və mənfi cəhətlərindən danışım.

Müsbət cəhətləri:
1. 1-ci dərsi sınaq kimi pulsuz keçirlər, bəyənsəz ödəniş edib təhsili davam etdirmək olar.
2. Həqiqətən ciddi dərs rejimi ilə dərslər keçilir. Təsəvvür edinki, kompüter kursları keçirilən ümumi otaqda bəlkə 5 müəllim və hər müəlimin yanında 2 tələbə oturub, amma otaqda nə səs-küy var, nədə söz-söhbət.
3. Hər dərsdə bir xanım otaqda dərslərə nəzarət edir, hansısa tələbə dərsdən əlavə söhbət eləsə ona bildiriş verir.
4. Dərs vaxtı hətta saqqız çeynəməyə də icazə verilmir.
5. Kursun sonunda sözün əsl mənasında imtahan verirsən. Yəni elə-belə kursu bitirdikdən sonra sertifikat verilmir. İmtahan verirsən, əgər keçsən sertifikat verilir. Keçməsən 1 həftə sonra yenə hazırlaşıb imtahana gəlirsən. Belə də davam edir. Mən özüm birinci imtahandan kəsilmişdim. Hazırlaşdım və 2-ci imtahandan keçdim, sertifikatımıda onda təqdim etdilər. 6. Burada kompüter kurslarından başqa xarici dillər kursu (hər bazar günü pulsuz conversation keçilir), mühasibat kursları, bank işi, məntiq kursları və s. də var.

Mənfi cəhətləri:
1. Mən Jalal – İ kurslarının Fəvvarələr Meydan;nda yerləşən tədris müəssəsində kursa gedirdim. Şəraiti o qədər də yaxşı deyil. Kompüter kusları keçilən ümumi otaq soyuqdu.

Ümumilikdə isə bu kursların dərs rejimindən çox razıyam. Yəni özüm sırf kompüter kursuna getmişəm, digər fənlər haqqında əminliklə danışa bilmərəm. Amma kompüter kurslarına söz ola bilməz. Tədris mərkəzinin rəhbəri Cəlal müəllim də mədəni və ciddi insandır, Dərslərin ciddi şəkildə keçilməsinə xüsusi nəzarət edir.

  3604   2

Войдите что бы оставить комментарий

Seva TT
28 Декабря 2013
Həqiqətən məsləhətdir)

Lamiye Abbasli
27 Декабря 2013
rəyinizə görə çox sağ olun, mən də neçə müddətdir ki, məsləhətli kompüter kursları axtarırdım.elə bu kursa gedərəm.





Последние отзывы категории - Курсы

Azərbaycanda Fransız İnstitutu - fransız dilini öyrənmək istəyənlər üçün ən doğru məkan
Курсы

Şam kursuna getməyinizi heç məsləhət görməzdim
Курсы

Zirvə kursu magistratura pilləsinə hazırlıq üçün həqiqətən faydalı bir kursdur
Курсы

Jalal-İ
Курсы

Джалал-И

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up