Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
26 Декабря 2013

Zirvə kursu magistratura pilləsinə hazırlıq üçün həqiqətən faydalı bir kursdur

Ötən il artıq 4-cü kursda olduğum zaman magistraturaya hazırlaşmaq üçün münasib bir vaxt olduğunun düşündüm. Düzdür hal-hazırda çoxları magistraturanın heç bir faydasının olmadığını düşünsələr də mən belə düşünmürəm. Çünki elə hazırlaşma mərhələsində məntiq, informatika eləcə də ingilis dili üzrə xeyli bilik əldə etdim və mən tək deyiləm, bu da gələcəkdə dövlət qulluğuna imtahan versəm mənə kömək olacaq. O cümlədən ikinci turda da ixtisas üzrə əlavə məlumatlar öyrənirik.

Evdə hazırlaşmağın mənim üçün çətin olacağını bildiyimə görə sözün əsl mənasında yaxşı hazırlıq kursları axtarmağa başladım. Çünki evdə hazırlaşanda məsuliyyət hissi olmur və günü günə satırsan ki bu gün oxumadım, sabah oxuyaram.

Qrup yoldaşımın məsləhəti ilə elə evimizdən 10 dəqiqəlik məsafədə yerləşən Zirvə hazırlıq kurslarına müraciət etdim. Düzdür qiymət digər kurslardakından fərqlənmir, amma sentyabrın əvvəlində qeydiyyatdan keçənlər üçün endirim var.

Məntiq və informatika müəlliminin Elvüqar müəllim olduğunu dedilər, özü elə riyaziyyat informatika sahəsində təhsil alıb, doğrudan da çox savadlı, hərtərəfli bir insandır. Məntiqi çalışmaları dərindən, asan dillə izah edir, kursu ümumi sınağından əlavə özü də sınaqlar təşkil edir, tələbələri daha da həvəsləndirirdi.

Ingilis dili müəlliməmdən də çox razı qaldım, lazımi qrammatik məlumatları yerli-yerində ardıcılıqla izah edirdi, əvvəlki illərdə keçirilən həm qəbul imtahanları həm də sınaq imtahanlarının test nümunələrindən istifadə edərək mütəmadi olaraq sınaqlar keçirir, qaranlıq qalan məqamları izah edirdi. Xüsusilə informatika sahəsində daha çox bilik əldə etdim və kompüterlə işləməyim də xeyli asanlaşdı. Dərsdə əyani vasitə kimi noutbuklardan istifadə olunurdu və buda öyrəndiklərimizin yaddaşımızda qalmasına daha yaxından yardımçı olurdu.

Keçilən hazırlığın bəhrəsini gördüm və hal-hazırda magistrantam. Magistraturaya hazırlaşmaq istəyənlərə əminliklə bu kursu məsləhət görərdim.

  2758   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Курсы

Azərbaycanda Fransız İnstitutu - fransız dilini öyrənmək istəyənlər üçün ən doğru məkan
Курсы

Şam kursuna getməyinizi heç məsləhət görməzdim
Курсы

Jalal–I tədris mərkəzi - ciddi dərs rejimindən çox razıyam
Курсы

Zirvə kursu

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up