Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
21 Декабря 2013

Hazır xingal alırsınızsa, mütləq yumurtalı xəmirdən hazırlanmış xingal alın

Ailəmizdə xingal yeməyini çox xoşlayırlar. Xüsusən də indiki vaxtlarda – qış aylarında. Amma həmişə evdə xəmir yoğurmaq olmur. Ya yorğun olursan, ya evdə hazır məhsullar olmur, yada ki, elə xanımlar var ki, un məmulatları ilə davranmağı bacarmırlar.

Mən də sözün düzü xingalı çox vaxt özüm hazırlamıram. Könlümüzdən xəmir xörəyi keçəndə marketlərdən hazır xingal alıram. Son vaxtlara kimi aldığımız hazır məhsullardan məmnun qalmırdıq. Bişirildikdən sonra xəmirlər bir-birinə yapışır və xingaldan əsər-əlamət qalmırdı.

Lakin bir dəfə yoldaşım xingal alıb gətirəndə, qeyd etdiki marketdə satıcı deyib ki, bu xingal digərlərindən fərqli və keyfiyyətlidir. Dediyinə görə bunların xəmiri yumurta ilə yoğrulub və bişiriləndən sonra yapışmır. Doğurdan da fikir verdim ki, bu dəfəki qablaşdırmadaki xingal əvvəl aldığımız xingallardan fərqlidir, rəngləri nisbətən sarımtıldır.

Qısası xingalı həmişəki kimi, adi qaydada hazırladım və doğurdan çox yaxşı alındı. Xəmirlər lay-lay, necə deyərlər yarpaq-yarpaq idilər. Üstünə kərə yağı, qiyməsini tökdüm və çox dadlı yemək alındı. Sizə də məsləhət görürəm, əgər evdə özünüz hazırlamağa imkan yoxdursa ancaq yumurtalı xəmirdən hazırlanmış xingal alın (hazır xəmirin rəngindən seçə bilərsiniz). Nuş olsun.

  3720   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Кухонные секреты

Fincandakı ləkəni təmizləməyin ən asan və quru yolu
Кухонные секреты

Limonu qabıqla birlikdə istifadə etməyin yolu
Кухонные секреты

Растопить шоколад за пару минут. Рекомендую этот способ
Кухонные секреты

Şabalıdı ucuz vaxtı alıb, saxlayın və pulunuza qənaət edin - Mənim reseptim
Кухонные секреты

Кухонные секреты

  Положительных отзывов: 5

  Отрицательных отзывов: 0

Рекомендованные Кухонные секреты


Mətbəx sirləri
Кухонные секреты


up