Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
20 Декабря 2013

Saçların tökülməsinə və möhkəmlənməsinə qarşı effektiv maska

Cinsindən asılı olmayaraq hər kəs, xüsusən də qadınlar gözəl saçlara malik olmaq istəyir. Bir ay bundan əvvələ kimi cansız, zəif saçlardan çox əziyyət cəkirdim. Mümkün olan bütün vasitələri sınaqdan keçirmişəm. Zəif, cansız olmaqdan əlavə saçlarım həddindən artıq tökülürdü. Demək olar ki, artıq 1 aydır ki, mənə məsləhət görülən 1 maskadan istifadə edirəm.

2 ay ərzində öz təsirini göstərəcəyi deyilsə də əminliklə deyə bilərəm ki, artıq müsbət təsirlərini görməkdəyəm: saçım əvvəlki ilə müqayisədə çox az tökülür, dibləri bəkiyib, daha həcmli olub və hətta bir qədər uzanıb.

Maskanın tərkibi çox sadədir və bu maskanı hazırlamaq üçün qeyri-adi heç bir tərkibə ehtiyac yoxdur. Hər birimizin evində, hətta ən imkansız insanların evində belə bunları tapmaq mümkündür. Onu da nəzərinizə çatdırım ki, heç bir kəskin qoxusu yoxdur.

Indi sizə maskanın tərkibini təqdim edirəm:
1 yumurta
1 xörək qaşığı duz
2 xörək qaşığı gənəgərçək yağı

Maskanın tərkibindəki yumurta saçların qırılmasının qarşısını alır, saçlara parlaqlıq verir, bir sözlə saçımız üçün vacib olan bir çox vitaminləri yumurta öz tərkibində birləşdirir. Duz isə saçın dibini bərkidir, tökülməsinin qarşısını alır. Gənəgərçək yağı isə məlum olduğu kimi tökülmüş saçların yerindən yenisinin çıxmasını və saçın uzanmasını təmin edir. 2 aya daha effektiv təsirini göstərir.

  22048   3

Войдите что бы оставить комментарий

Marcos Hossain
23 Декабря 2013
tewekkur

Lamiye Abbasli
20 Декабря 2013
Yumurtanın həm ağını həm də sarısını yaxşıca şalıb içinə 1 xörək qaşığı duz və 2 xörək qaşığı gənəgərçək yağı qatıb qarışdırın və fırçayla saçlarınıza xüsusilə də diblərinə çəkin,2 saat saxlayın. həftədə 1 dəfə etmək lazımdır.

Marcos Hossain
20 Декабря 2013
Zehmet olmasa maskanin nece hazirlandigini da yazin. Yumurtanin aginimi qarasinimi istifade edirsiz ? Her gunmu istifade etmek lazimdir ?





Последние отзывы категории - Секреты красоты

Saçınız tökülür? Ev şəraitində özünüz buna çarə tapa bilərsiz. Resept!
Секреты красоты

Xurmadan çox gözəl maska resepti rəydə ...
Секреты красоты

Qış aylarında istifadə etdiyim 2 maska reseptini sizlərlə bölüşürəm
Секреты красоты

İstifadə etdiyim nəmləndirici effektli 2 maska resepti rəyimdə ...
Секреты красоты

Üz üçün təbii kremin faydasının özümüz şahidi olduq - hazırlanma qaydası rəydə...
Секреты красоты

Qara və qırmızı qarağatdan yağlı və normal (quruluğa meylli) dərilər üçün özümün faydasını gördüyüm üz maskaları
Секреты красоты

Saçlarınızı mineral su ilə yaxalamağı bir vərdişə çevirin və nəticəni özünüz görün!
Секреты красоты

Mənim faydasını gördüyüm çiyələkli maskadan siz də istifadə edin
Секреты красоты

Dəniz duzu ilə dərini pilinq etməyin əsl zamanıdır. İstifadə etdiyim sadə resept
Секреты красоты

Nəticəsini gördüyüm albalı tərkibli maska reseptləri
Секреты красоты

Уход за волосами

  Положительных отзывов: 12

  Отрицательных отзывов: 0


up