Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
16 Декабря 2013

Şokoladlı manna sıyığı – təsadüfən alınan resept

Yəqin ki çoxunuz supermarketlərdən ev üçün ərzaqlar alarkən adi yağla yanaşı, ara-sıra dəyişiklik üçün şokolad yağları alırsınız. Bizdə də evdəkilər şokolad yağlarını çox xoşlayırlar. Adətən biz “Nutella”, “Nutti”, “Çokokrem” ərinmiş şokolad yağlarından istifadə edrik.

Lakin bu dəfə yoldaşım paçkada “Наш молочник” şokolad yağı almışdı. Açığı xoşumuza gəlməmişdi. Yəni dadı adlarını yuxarıda sadaladığım ərinmiş şokolad yağlarının dadlarına çata bilməzdi. Ona görə soyuducuda artıq 1 ay idiki qalmışdı.

Bir neçə gün bundan öncə manna sıyığı bişirmək qərarına gəldim. Manna sıyığını uşaqlarla yanaşı böyüklərdə çox sevir. Vaxtaşırı ailəm üçün bu sıyıqdan bişirirəm. Həmişəki kimi adi qaydada manna sıyığı bişirdim. Adətən mən sıyığı bişəndən sonra, isti-isti qablara tökəndən sonra içinə yağ atıram (zövqə görə).

Bu dəfə manna sıyığını qaba tökəndən sonra yadıma düşdü ki, dondurucuda şokolad yağı var. Ona görə sıyığa adi yağ yox “Наш молочник” şokolad yağı tökdüm.

Düzü belə maraqlı sıyıq alınacağını fikirləşməmişdim. Çox dadlı, şokolad ətirli və tamlı sıyıq alındı. Evdəkilərində çox xoşuna gəldi. Yəni nəinki böyüklərin, həmçinin uşaqlarında çox xoşuna gələcək. Evinizdə şokolad yağı olanda mütləq sınaqdan keçirin.

  5953   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Основные блюда

  Положительных отзывов: 21

  Отрицательных отзывов: 0


up