Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
16 Декабря 2013

Şabalıdı ucuz vaxtı alıb, saxlayın və pulunuza qənaət edin - Mənim reseptim

Azərbaycan mətbəxində şabalıdın özünəməxsus yeri var. Şabalıdlı qovurma müxtəlif növ plovlarının, əsl Bakı yeməyi olan şirin dolmanın və s. yeməklərin hazırlanmasında çox istifadə olunur.

Şabalıdın qiyməti ilin fəsillərinə görə dəyişir. Yəni şabalıdın təzə çıxan vaxtı – payız aylarında, qışın əvvəllərində qiyməti digər aylardakı qiymətinə nisbətən çox ucuz olur, lakin sonra qiyməti yenidən qalxır.

Yadımdadırki, novruz bayramı ərəfəsində şabalıdın 1 kilosunun qiyməti 15-20 manat olur. Lakin indiki vaxtlarda şabalıdın kilosunu 3-4 manata almaq mümkündür. Hər halda gördüyünüz kimi fərq həqiqətən də çoxdur...

Mən şabalıdı qiyməti ucuz olan vaxtlarda alıram, qaynanmış suda pörtürəm, biraz soyuduqdan sonra qabığın soyuram. Daha sonra təmizlənmiş və soyumuş şabalıdları rəngsiz kulyoklara doldurub, soyuducunun dondurucusuna qoyub saxlayıram. Bu cür vəziyyətdə şabalıdları bir neçə ay saxlamaq mümkündür. Xarab olmur.

Lazım olanda da soyuducudan çıxarıb, müxtəlif növ yeməklərin hazırlanmasında istifadə edirəm. Mənə də bu üsulu bir xanım qohum öyrədib.

Beləliklə, siz şabalıdın qiymətinin baha vaxtında da rahatlıqla və pulunuza qənaət edərək soyuducunuzda saxladığınız şabalıdlardan istifadə edə bilərsiniz. Bütün xanəmlara bu üsuldan istifadə etməyi məsləhət görürəm.

  7896   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Кухонные секреты

Fincandakı ləkəni təmizləməyin ən asan və quru yolu
Кухонные секреты

Limonu qabıqla birlikdə istifadə etməyin yolu
Кухонные секреты

Растопить шоколад за пару минут. Рекомендую этот способ
Кухонные секреты

Hazır xingal alırsınızsa, mütləq yumurtalı xəmirdən hazırlanmış xingal alın
Кухонные секреты

Кухонные секреты

  Положительных отзывов: 5

  Отрицательных отзывов: 0

Рекомендованные Кухонные секреты


Mətbəx sirləri
Кухонные секреты


up