Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Samir Mamedov
28 Ноября 2013

Evdə dovğa olmayanda, dükana qaçıb Atena alıram

Süd məhsullarını xoşlayıram. Bunların arasında ən çox xoşuma gələni isə dovğadır.

Dovğanı sevdiyimə görə evimizdə tez-tez mənim üçün bişirirlər. Ancaq bəzən elə olur ki, bişirməyə vaxt və ya imkan olmur. Ama ürəyim isə dovğa istəyir. Bu səbəbdən dükandan hazır dovğa almalı oluram.

Dükanda bir neçə növ dovğalar yoxlamışam. Yaxşıları da var, pisi də. Ancaq bir dəfə gözümə yeni bir dovğa dəydi. Fikirləşdim ki, onu da alıb yoxlayım. Bu Atena şirkətinin istehsal etdiyi dovğadır. 1 litrlik qablaşdırmada satılır. Qiyməti 1.40 Azn (1 manat 40 qəpik).

Belə baxırsan başqa dovğalardan ucuzdu, ancaq sizə deyim ki, çox dadlıdır. Mən onu çox bəyəndim. İndi artıq yalnız bu şirkətin istehsal etdiyi dovğadan alıram. Düzdür, mənfi tərəfi də var. Çünki dovğanın içində çox xoşladığım noxud yoxdur. Noxud da olsaydı lap əla olardı. Ancaq mən narazılıq etmirəm. Çünki başqa dovğalarla müqayisədə bunun qiyməti çox aşağıdır.

Qeyd edim ki, əvvəllər (Atena alana qədər) mən başqa şirkətlərə məxsus olan dovğanı düz 2 dəfə bundan baha alırdım. 1.90 – 2.0 Azn. Ama Atena qiymətdə münasib və dadlı olduğu üçün indi ancaq bu dovğadan alıram. Məsləhətim budur ki, alıb yoxlayasınız.

  2444   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Продукты питания

"Rahat" çərəzli lokumun ağızda əriyən dadı yoxdur
Продукты питания

Bizim süfrədən acılı barbekü nar sousunu almağıma çox peşman oldum
Продукты питания

"Lays"dən pendir dadlı kartof çipsindən bir daha almaram
Продукты питания

"Adicto intense" şokolad ilə örtülmüş krem plomblu keks mükəmməl bir ləzzətdir
Продукты питания

Tort üçün "Domik v derevne slivki" qaymaq kremini çox bəyənirəm
Продукты питания

Bizim süfrə ketçupundan ketçup əvəzinə tomat dadı gəlir
Продукты питания

Mentos tropik miks saqqızı nəfəsi təravətləndirmək üçün ən dadlı seçimimdir
Продукты питания

Dərbənddən gətirilmiş "Деревенская" xamasının dadı heç xoşumuza gəlmədi
Продукты питания

Bizim tarla Pindjur salatı - çox dadlı və gözəl tamı var
Продукты питания

Bizim tarla Pindjur salatı - sanki tərkibi ancaq bibərdən ibarət idi
Продукты питания

Atena
Продукты питания

Атена довга

  Положительных отзывов: 2

  Отрицательных отзывов: 1


up