Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Sabuhi Sattarov
20 Ноября 2013

Heyvanların “sevimli” Zooparkı və ya övladını ora aparmaqdan utanan Ata

Cavan ailəyik. Övladım hələ çox balacadır. Və tez-tez onu zooparka aparmağa məni məcbur edir.

O hələ uşaqdır. Hər şeyi başa düşmür. Ancaq gördüklərini yadında saxlayır və sonra təkrarlayır. Eşitdiklərindən çox gözlərinə inanır uşaq olsa da.

Mən isə uşağımı Bakımızda yeganə olan zooparkımıza utanıram. Övladımın gözlərinə baxmaqdan utanıram. Çünki zooparkımız pis gündədir. Bəli, bəli... Təssüf ki, zoopark çirk içindədir. Sanki pintilikdən başqa heçnə yoxdur. Heyvanların qəfəslərindəki çirk az qalır insanın üzərinə hopsun. Pis qoxu isə səni nəinki evə kimi, paltaryuyan maşına kimi ötürür.

Mən uşağa necə başa salım ki, zoopark belə olmur əslində ?! Ona necə deyim ki, zooparkı biz pis günə salmışıq. Elə ancaq onu edirik ki, heyvanlar acından və xəstəlikdən ölməsin. Qalanı isə vecimizə də deyil. Necə ?! Mən axı ona deyə bilmərəm ki, mən də uşaq ikən elə bu zooparkı görmüşəm. Üstündə xeyli müddət ötsə də bu zoopark yaxşılığa doğru dəyişilməyib ki, dəyişilməyib. İllər ötür, zooparkımız da isə inkişaf getmir.

Deyə bilmirəm ki, mənim balam pulum olanda səni ölkə xaricinə aparıb, başqa ölkədə olan, yaşıllıq dolu təmiz, qəşəng, həqiqi zooparkı göstərərəm.

İndi isə bizim bu çirkli zooparkda övladımı gəzdirəcəyim üçün ondan utanıram. Zooparka getməyi məsləhət görmürəm.

  2258   1

Войдите что бы оставить комментарий

Сабина Алиева
20 Ноября 2013
Men sizinle raziyam. Biyabirciliqdi. Bu yaxinlarda mende qardashimin qiziyla getdik, ele demek olarki qapidan qayitdiq iyden :((((





Последние отзывы категории -

"Nestle"nin "Nesquik Duo" şokoladlı səhər yeməyi ilə siz də gününüzü daha pozitiv başlayın:)

“MaXem chemicals” asetonu 2 dəfə istifadədən sonra artıq zibillikdə idi!!!

Xalq artisti adını daşıyanlara bir bax, biyabırçılıq

"Планета Обезьян: Революция" - Не хотелось бы, чтобы такое произошло на самом деле

Kofein tərkibli “Черный Жемчуг” İdeal dəri skrabı – həqiqətən də ideal dəri effekti yaradır

"Серебристый луч надежды" или "Мой парень-псих"! - сравнение фильма и книги

Bəzi apteklər icarə qiymətlərini xəstələrin kürəklərindən çıxarırlar! Nəyə görə?

Капли Називин - реальная помощь маленькому заложенному носику

Магги для пельменей по-уральски - блюдо получилось сухим и невкусным

Бакинский зоопарк

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 1


up