Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Samir Mamedov
18 Ноября 2013

Xoş sözlərə aldanmayın! Yüksək qiymətlə İspan istehsalı

Qohumum avtomobil almaq istəyirdi. Bazar günü məndən onunla avtolsalona getməyimi xahiş etdi.

Onunla Babək prospektində yerləşən “Seat” salonuna getdik. Bazar günü olmasına baxmayaraq avtosalon işləyirdi. İçəri keçib salonda olan maşınlara baxdıq. Satıcı çox mədəni, təmkinli, mehriban cavan bir oğlan idi. Mehribancasına qarşılayıb, hər bir xırdalığı izah edib, bütün sualları cavablandırdı. Satıcıdan razı qaldım.

Ancaq ümumiyyətlə avtomobillər mənim xoşuma gəlmədi. Düzünü düyim ki, maşınlar əslində pis deyil. Yəni ki, yeni texnologiyalarla işləndiyi, müasir tələblərə cavab verdiyi görünür. Ancaq bu avtomobillərin qiyməti özlərinə görə yüksəkdir. Deyilənə görə avtomobil İspaniyada istehsal olunur və keyfiyyətlidir. Digər tərəfdən isə bu avtomobil bizdə məşhurlaşmayıb. Onu çoxları tanımır. Qiymətləri isə bahadır. Məsələn xoşuma gələn bir model – Seat Leon-un istədiyim komplektasiyası 22500 manatdır. Bu qiymət bu model üçün bahadır. Düzdür hərənin bir zövqü, bir fikri var, ancaq yenə də mən bu pulu tanınmayan avtomobil markasına verməzdim. Çünki 22500 manata hal-hazırda ölkəmizdə çox populyar alan və yollarımızda günü-gündən artan Koreya istehsalçılarından birinə məxsus olan bir Krossover alardım.

Seatın mənfi cəhətlərindən biri də onun salonunun balaca olmasıdır. Çünki Leon modelindən başqa digər bütün modellərində salon olduqca balacadır. Arxada 3 nəfər rahat əyləşə bilmir. Üstəlik arxa hissədə oturan sərnişinlərin ayaqları ön oturacaqların arxa hissəsinə dəyir. Ön oturacağı lap qabağa çəkəndə isə o oturacaqda oturan insana çox narahatlıq yaradır.

Mən Seat-ı bu qiymətə olduğuna görə bəyənmirəm. Qiymətlərini aşağı salsalar çox yaxşı olar və ona bəlkə elə mən özüm də Seat seçərəm. Ancaq indiki qiymətlərlə yox. Odur ki, sizlərə bu avtomobil istehsalçısını məsləhət görmürəm.

  2134   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Автомобили

Плюсы KIA Cerato - рад своему выбору!
Автомобили

Hyundai ix35 - сегодня ровно год со дня покупки. Подведу некоторые итоги...
Автомобили

Nissan Sunny – не стоит своих 15000 манатов
Автомобили

Hyundai ix-35 - хорошая машина, но звуки и скрипы ужасно бесят!
Автомобили

Əla maşın olsa da, servisi çox bahalı, satılması isə mümkünsüz
Автомобили

Balaca "vəhşi" və ya komfortlu "Niva"
Автомобили

АУДИ А4 - хороша в работе, плоха в ремонте!
Автомобили

Zəif cəhətlərinə baxmayaraq, çox sevdiyim Santa Fe
Автомобили

Təkər üstə konserva qutusuna bənzər tabut
Автомобили

SEAT
Автомобили

Сеат Леон

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 1


up