Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Sabir Muradov
08 Ноября 2013

“Startup Azerbaijan” - bir gənc kimi ümidlərimi artırdı

Bu yaxınlarda internetdə “Startup Azerbaijan” layihəsi haqda informasiya gördüm. Onlarına 3 gün ərzində “Startup Günləri” keçirəyə haqda məlumat aldım.

İnformasiya kommunikasiya texnologiyalarına (İKT) böyük marağım və həvəsim olduğu üçün dünən ora getdim. Konfrans Park İnn otelində keçirildi. Tədbirdə yaxşı təşkil edilmişdi. İKT- sektorunda iş görmək istəyən insanlar üçün bu sahədə əməyi olan şəxslər dəvət edilmişdi.

Layihə rəhbəri Osman Gündüzə çox minnətdaram. Onu ilk dəfə idi ki, görürdüm. Danışıqlarından anladım ki, o gənclərin tərəfindərdir. Onlara kömək etmək üçün əlindən gələni edir. Hətta gənclərin utandığını görüb, onların adından bu sahədə çalışan müxtəlif şəxslərə suallar da verirdi.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadəyə də təşəkkür edirəm. Ölkədə, bu sahədə yaratdıqları şəraitə, inkişafa görə. Elmir müəllim ölkədə startuplara böyük ümid bəsləndiyini qeyd etdi.

Tədbirdə bəzi suallarıma cavab tapdım. Bilmədiyim, bir sıra yeniliklər haqqında məlumat aldım. Bu layihənin mənə informasiya cəhətdən çox köməyi oldu. Çox istərdim ki, belə layihələr tez-tez keçirilsin və mümkün qədər istirahət günlərinə salınsın ki, mən də gəlib iştirak edə bilim. Çünki, əminəm ki, bir çox gənclər işlədiyi üçün tədbirə iş saatlarında gələ bilmir. Güman edirəm ki, onlar da beli tədbirlərdə iştirak etmək istərdilər.

Arzu edirəm ki, bu kimi layihələr tez bir zamanda böyük uğurlar əldə edib, həm mənə, həm də mənim kimi bəzi startup-çılara da yardım etsinlər.

  1734   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Проекты, акции, конкурсы

"Qarabağ üçün oxu - 2" layihəsi də ötən layihə kimi uğurlu alınıb. Təbriklər!
Проекты, акции, конкурсы

"İrəli" ictimai birliyinin "Könüllü Kitabxana" ideyası mütaliə həvəskarlarını çox sevindirəcək
Проекты, акции, конкурсы

Marketlərdə "Pulsuz çörək verilir" aksiyası – insanlıq hələ yaşayır
Проекты, акции, конкурсы

"Gəzən kitabxana" layihəsi ümidvaram ki insanlara kitabları sevdirəcək
Проекты, акции, конкурсы

"Garant Holding"in iftar aksiyası təqdirə layiqdir - Allah qəbul etsin...
Проекты, акции, конкурсы

Aksiyada verilən dezodorantı heç verməsələr yaxşıdı!
Проекты, акции, конкурсы

Bu aksiyanı yeni bildim – təşəkkürlər imho.az!
Проекты, акции, конкурсы

"Səba" MMC-nin "Səxavət payından" yararlanmağa dəyər
Проекты, акции, конкурсы

Акция геев в Баку - только этого не хватало... Нарываются!
Проекты, акции, конкурсы

Gənclərimizə nə olub? "Metroda şalvarsız bir gün" flaşmobu bizim hansı mentalitetimizə uyğundur?
Проекты, акции, конкурсы

Startup Azerbaijan
Проекты, акции, конкурсы

Startup Azerbaijan

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up