Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Rauf H
07 Ноября 2013

Uğurlu xidmətin daha bir "uğurlu" nümunəsi - Toyota

Bura yazmağımın səbəbi artıq ikinci dəfədir Toyota satış mərkəzindəki satış əməkdaşları tərəfindən aldadılmağımdır. Belə ki, Toyota Camry markalı avtomobillə maraqlanıb almaq istəyirəm. İlk dəfə təxminən 1 ay qabaq Toyota Bakı Mərkəzinə getdim. Bildirildi ki hazırda maşın yoxdur. Sifarişlə gəlir. İstəsəniz sifariş edə bilərsiz. Amma olur ki sifariş edənlərdən kimsə almaq istəmir o halda sərbəst maşınlar olur. Müraciət edin tez tez. Mən də tez tez əlaqə saxlayırdım.

Telefon müraciətlərinin birində salonda avtomobilin olduğunu bildirdilər. Getdim. Deyildi ki satılıb gec gəlmisiz. Amma təxminən 1 saat keçmişdi. Düşündüm ki ola bilər. Yenə təklif edildi beh verin sifariş edək. Nəsə. razılaşmadım qayıtdım. Çünki çox söz-söhbət gəzir ki 1 aya gələcək deyib beh alırlar sonra avtomobil heç 2 aya gəlmir. Qalırsan yollarda.

Bu gün yenə saytınıza daxil oldum. Nədənsə düşündüm bir də zəng edim. Zəng edirəm: (Danışığı olduğu kimi yazıram) Reseption-dakı qız.: Sizi satış şöbəsi ilə bağlayıram. ok dedim.

Mən: Alo salam. Hazırda sizdə TC 2013 full 2.5 avtomobili var?
Telefondakı bəy: Bəli, hazırda 2 ədəd var. Sizə hansı rəng lazımdır?
Mən: Ağ rəng
Telefondakı bəy: Problem yoxdur. Yaxınlaşın
Mən: OK. 10 dəqiqəyə gəlirəm. Mümkünsə nəzərinzdə saxlayın.
Telefondakı bəy: Narahat olmayın.
Mən: Adınız bilmək olar?
Telefondakı bəy: telefonu odboy verir.........

Nə isə..dostumla birlikdə düz 15 dəqiqəyə çatıram. Salonda 2 TC var... ag və qara. Soruşuram satış şöbəsindəki işçidən. Sol trəfədən birinci masada oturan şəxs. Adını da demir. Yaxalığında adı yoxdu. İndicə zəng etmişdim. deyildi 2 maşın var. Almaq istəyirəm. Bildirir ki maşın yoxdu. Deyirəm necə ola bilər axı? bu dəqiqə danışmışam. Deyir satılıb.

Açığını deyim ki, Müştəri ilə belə rəftar olmaz. Əvvəlcə deyir olmayıb maşın sonra deyir indicə satıldı))) çox gülməlidir. Hər ikisi 10 dəqiqəyə satıldı?? Bu çörək deyil ki hər dəqiqə satıla.. Tutaq ki, ola bilər bunun ehtimalı çox az olsa da mümkündür. Amma ən azından hər yerdə telefon zəngi olsa belə müştəri mal alarkən müəəyn müddət gözləmə qaydası var.

Sonda mənə məlum olur ki telefonda beleə cavab verib müştəriləri yalandan salona dəvət etməyin səbəbi var imiş. Mənimlə danışan şəxs az qala məni məcbur edirdi ki beh verin sifariş edək tez gələcək maşın. )) Deməli aldadıb salona çağırmaq və sonra necə deyərlər "beynini" yeyib beh almaq. Yaxşı marketinq metodudur amma uğursuzdur. Daha dəqiq desək yarımçıq metoddur. Açığı dünyadakı nüfuzu bir yana ölkəmizdə də kifayət qədər uğurlu marka olan Toyota-nın Rəsmi Satış Mərkəzindən bu cür münasibət heç ürəy açan deyil. Və mənə qarşı bunu hörmətsilik hesab edirəm. Eşitdiyim qədər bu hal dəfələrlə digər potensial müştərilərdə də təkrarlanıb.

Ümid edirəm bunu araşdırıb tədbir görəcəklər. Cavab almayacağım təqdirdə bu barədə Tayota şirkətinin Baş ofisinə yazmağı düşünürəm. Amma ölkəmizin imicinə görə hələ ki bunun etmək fikrindən yayındım….hələ ki yayındım… onlardan rəsmi cavab və izah alana qədər.

  2000   7

Войдите что бы оставить комментарий

Rustam İsayev
09 Ноября 2013
Ilqar, Nissan bes? Bizde ailede Nissan Altima-dir yenilerden- 3 ildir mashinin bir problemi cixmayib. Ehtiyat hissesinede ki daim endirim kampaniyalari kechirir, hem de ehtiyat hisseleri de muqayisede baha deyil. Yene de herenin oz zovgu.

Ilgar Iskandarov
08 Ноября 2013
Rustam bay, gəlin elə Subarunu götürək. Onun ehtiyyat hissələri ucuzdur ? Yoxsa onun elə öz qiymətini misal çəkim ?! Yaxın qonşum 24000 manata Subaru İmpreza hatcbak aldı. Yaxşı vəziyyətdə olan maşını çox əziyyətdən sonra 14000 dollara satdl. Ona görə toyota və mitsubishi-dən başqa Azərbaycanda mən başqa yaponu almaram. Ancaq hərənin öz fikri var. Heç kimi qınamıra, sadəcə müəllifi başa düşürəm və onunla razıyam.

Ilgar Iskandarov
08 Ноября 2013
Rustam bay, gəlin elə Subarunu götürək. Onun ehtiyyat hissələri m

Rustam İsayev
08 Ноября 2013
İlqar bəy, bir kriteriya deyin hansi ilə ki digər yapon markalari Toyotadan geridə qalır... Müştəri xidmətləri də əla, servis də, ehtiyat hissələri də ucuz.

Ilgar Iskandarov
08 Ноября 2013
Rustam, sizinlə razıyam. Azərbaycanda bir çox avtomobil brendləri var. Ama gəlin razılaşaq ki, ölkəmizdə ən populyar olanı Toyota şirkətinin istehsal etdiyi avtomobillərdir. Kimə baxırsan alman avtomobilindən sonra Toyota alır. Onu sabah satmaq da asand olacaq. Digər yapon brendlərinə bizdə tələbat əfsuslar olsun ki, yoxdur. Ona görə müəllifin Camry almağını dəstəkləyirəm

Rustam İsayev
07 Ноября 2013
Camry-yə tam üstün rəqib elə Altimadır.

Rustam İsayev
07 Ноября 2013
Niyə məhz Toyota almaq istəyirsiniz? Azərbaycanda o qədər yapon avtomobil brendləri var ki. Xidmətləri də əla!





Последние отзывы категории - Автосалоны и авторынки

Faizsiz kreditlər olsa həm Allaha, həm də insanlara xoş gələr
Автосалоны и авторынки

Салон Hyundai на Патамдаре - отличное отношение к клиентам, хочется вернутся туда вновь
Автосалоны и авторынки

Хотел купить «Тойоту Королла», да вот кредит неподъемный. Разочаровался!
Автосалоны и авторынки

Aksessuarları avtosalondan yox, maşın bazarından alırıq
Автосалоны и авторынки

Pulunuzu “çölə atmayın”, aksessuarları maşın bazarından alın
Автосалоны и авторынки

2 тысячи манатов... и я катаюсь на новеньком автомобиле!
Автосалоны и авторынки

Автосалон Hyundai - все на высшем уровне
Автосалоны и авторынки

Kreditə KIA - Gəl, seç, 15-dəqiqəyə al
Автосалоны и авторынки

Toyota Motor Corporation
Автосалоны и авторынки

Тойота Бакинский центр

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 2


up