Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Ilgar Iskandarov
30 Октября 2013

Mənə avtomobil yarışlarını sevdirən "Yarış (2013)" filmi

Bu film haqqında dostum mənə qısaca danışmışdı. Ancaq təbii ki, bəzən lazım olanı sözlərlə istədiyin kimi başqasına çatdıra bilmirsən. Dostum film haqda çox danışdı, təriflədi.

Bir gün filmə baxmaq üçün kinoteatra getdim. Film ilk andan maraqlıdır. İnsanın diqqətini cəlb edir. İntizarda saxlayır. Olduqca maraqlı çəkilib. Yaxşı səs effektləri işlənilib. Avtomobillərin mühərrikinin səsi və filmdə olan effektlər ekran arxasından belə adamı qorxudur.

Film real hadisələr əsasında çəkilib. 1970-ci illərdən bəhs edən film o vaxtki sürücülərin necə əziyyət çəkdiyini, hansı risklərə getdiyini, hansı çətin yollardan keçdiyini göstərir. Bu filmdə 2 dünya çempionunun bir-biri ilə rəqabətini və rəqib olmalarına baxmayaraq bir-birlərinə necə hörmət etdiklərini görmək olar. Onlardan hər biri qarşısına məqsəd qoyub yarışa qoşulur.

Film haqda ətraflı danışmaq istəmirəm ki, sonra baxanda maraqsız olar birdən. Odur ki, filmə özünüz baxsanız yaxşıdır. Bu filmdən sonra əsl yarışın nə olduğunu, sürücülərin nələr yaşadığını anladım. Və məhz bu filmdən sonra formula 1 yarışlarına həvəsim və səvgim yarandı. Məsləhət görürəm, filmə mütləq baxın.

  2449   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Фильмы

"Девушка моих кошмаров" - Ben Stillerin ifasında çox gülməli və müsbət aura yaradan filmdir
Фильмы

"Qırmızı papaq" (2011) - film gözlədiyim kimi maraqlı olmadı
Фильмы

"Anakonda 2: Lənətlənmiş orxideyanın ovu" - qaranlıqdan başqa heç nə görmədik ki bəyənək...
Фильмы

"İçerde" türk serialı hələ ki çox maraqlıdır
Фильмы

"Fan" - hind filmi olsa da hind filmlərindən çox uzaqdır
Фильмы

"Sürgün" türk filmini həqiqətən çox maraqla sona kimi izlədim
Фильмы

“MaXem chemicals” asetonu 2 dəfə istifadədən sonra artıq zibillikdə idi!!!
Фильмы

"Sağ qalmış" – o qədər tərifə layiq film deyilmiş
Фильмы

"Güzgünün 2 üzü var" filmi həmişəki kimi məndə pozitiv hisslər yaratdı
Фильмы

"Sevənlər" filmə ancaq Şahrux Xana görə baxdım, çox maraqsız çəkilib
Фильмы

Universal Studios
Фильмы

Гонка (2013)

  Положительных отзывов: 2

  Отрицательных отзывов: 0


up