Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Sevinc Musayeva
16 Мая 2017

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti

Biskivit tortunu çox xoşlayıram, ancaq alınma tortlardansa evdə hazırlananlara daha çox üstünlük verirəm. Biskivitin gözəl dadının olması, yaxşı köpməsi hazırlanma prosesində nə qədər diqqətli olmaqdan asılıdır. Evdə tez- tez hazırladığım bir biskivit tortunun reseptini sizinlə də paylaşmaq istəyirəm.

İlk öncə bəzi önəmli məqamları qeyd edim: yumurta otaq temperaturunda olmalıdır, un ələnməlidir.

Bir korj üçün lazım olam ərzaqlar:
5 yumurta
1 stəkan şəkər tozu
1 stəkan un
bir qabartma tozu
bir vanil
yarım stəkan sprite

Bəli bir biskivit üçün bu qədər ərzaq yetərlidir.

Keçək hazırlanmasına:

- Yumurtaların ağı sarısından ayrılır.

- İlk öncə sarılar yarım stəkan şəkər tozu ilə birlikdə ağaranədək mikserlə çalınır.

- Daha sonra yumurtanın ağına yarım stəkan şəkər tozu qatılaraq ağarıb köpük halına gələnə qədər çalınır, qabı tərdinə çevirəndə yumurtanın ağı tökülmüyəndə hazırdır deməkdir.

- Yumurtanın ağını yavaş yavaş sarısına qatırıq daha sonra sprite qatılır, bu yumrtanın dadını öldürür və biskvitə xoş bir dad qatır.

- Qabartma tozu, vanil əlavə olunur, ən sonda isə un yavaş-yavaş əlavə edirik.

- 26 smlik qaba töküb 180 dərəcədə bişririk. Bişərkən sobanın qapağını açmaq olmaz, yoxsa köpü yatar. Üzəri qızaranda kibrit çöpü ilə bişib bişmədiyini yoxlayırıq.

Bu tort üçün 2 korj bişirdim. Korjları isə sapla kəsirəm.

Arasına qaymaqla hazırlanmış krem çəkilir, bir qata banan düzdüm, o biri qata qoz səpdim.  Üzərini bəzəmək üçün isə krem şantidən istifadə etmişəm.

Olduqca yüngül və dadlı bir tortdur. Nuş olsun!

  8543   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Сладости

  Положительных отзывов: 19

  Отрицательных отзывов: 0


up