Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Gunay Namazlı
25 Мая 2017

Herbalife arıqlama klublarına getməyə dəyər ya yox? Şəxsi təcrübə

Uzun muddət idi ki, yeməyimə fikir vermirdim və orqanizmimi hər gün fast food, müxtəlif ədviyyatlı çipslər, duzlu krekerlərə və s. bu kimi ləzzətli, lakin ziyanlı yeməklərə öyrəşdirmişdim. Ona görə də çəkim həmişəkindən daha çox artmişdi və 73 kq olmuşdum. Artıq həmişə geyindiyim paltarlar əynimə olmurdu, olanlar isə çox eybəcər görünürdu. Beləliklə depresiya hallarım çoxaldı və nəhayət artıq qabağıma məqsəd qoydum ki, ARIQLAMALIYAM.

Artıq həmişəkindən çox kökəldiyim üçün özümün tutduğum pəhrizlərə səbrim yox idi. Ona görə neçə müddət idi ki, sosial şəbəkələrdə reklamı gedən Herbalife məhsulları ilə maraqlanmağa başladım. Həmin ərəfələrdə bir neçə tanışın da məhz Herbalife məhsulları ilə arıqladığını eşitdim və beləcə fikrimi qətiləşdirdim.

Haqqında danışdığım period keçən ilin yaz aylarına, daha dəqiq desək, aprel və may aylarına təsadüf edir. Beləliklə tanışlar vasitəsilə Gənclik metrosu yaxınlığında, 200 nömrəli məktəbin arxasında yerləşən Herbalife arıqlama klubuna yazıldım. Beləliklə, 2 ay ərzində 73 kq-dan 56 kq-a düşdüm. Əlbəttə ki, gözəl nəticədir. Birincisi onu deyim ki, heç bir ziyanını, fəsadını görmədim. Əksinə, düzgün və sağlam qidalanma sayəsində bir sıra narahatçılıqlarım getdi. Misal üçün, mədəmdə turşuluq tam yox oldu, qanım və şəkərim həmişə normadan aşağı olub, amma arıqladıqdan sonra yoxlatdlranda özüm şahidi oldum ki, qanım da, şəkərim tam normadadır, tənbəllik, bütün günü halsız vəziyyətim aktivlik və gümrahlıqla əvəz olundu.

Burada ilk gündən pəhriz kimi bir sıyahı verdilər ki, rejimlə, gündə 5 dəfə ancaq siyahıdakı yeməklərlə qidalanmaq olar. Bəzi yeməklərdən isə tam imtina etmək lazımdır. Misal üçün, kartof, kərə yağı, makaron və un məmulatları, banan və s.

Səhər saat 8-9da ilk öncə su, yarım saat sonra Herbalife aloe suyu, Herbalife termo çayı və Herbalife kokteylini içirik. Saat 12:00-da qəlyanaltı edirik. Saat 14:00da günorta yeməyi, saat 16:30da yüngül qəlyanaltı, 18:30da axşam yeməyi yeyirik. Əsla ac qalmaq olmaz. Ac qalmaqla arıqlamaq olmaz. Yuxu rejiminə diqqət yetirmək lazımdır. Səhər çəki itirdiyinizi görmək istəyirdinizsə gecə 11-dən gec olmayaraq yatmalısınız. Bu da əsas şərtlərdən biridir. Çünki bəfən oyaq qaldıqda bədəndəki artıq piyi özündə saxlayır və səhər tərəziyə qalxdıqda nəticə sizi məyus edir.

Daha sonra su rejiminə xüsusi diqqət vermək lazımdır. Gündə azı 2 litr, çoxu 3 litr təmizlənmiş çiy su içmək lazımdır. Su ilə yeməyi eyni vaxtda içmək olmaz. Əsasən zülallı yeməkləri özündə birləşdirən bu pəhrizdən əlavə hər gün Herbalife termo çayını, Herbalife aloe suyunu və Herbalife kokteylini içirdik. Arıqlamaq istəyənlər üçün Herbalife kokteyli əsl bayram idi ;) Bu məhsullar haqqında ayrıca olaraq ətraflı rəylər yazacam ki, hamısı haqda tam məlumatlı olasınız. Bu 2 ay ərzində həmçinin Herbalife balıq yağı və Herbalife kalsiumunu qəbul etdim. Hamınız bilirsiniz ki, balıq yağı və kalsiumun ümumiyyətcə heç vaxt ziyanı ola bilməz.

Kluba gəldiyim ilk gün şəxsi məsləhətçim Fərqanə xanım mənə ən faydalı məsləhətləri verdi və xüsusi tərəzidə çəkimi, ümumi piy faizimi, daxili piy faizimi, orqanizmimdə maddələr mübadiləsini, orqanizmimdə suyun miqdarını, sümük kütləmi, biolojimi yaşımı ölçdü və hər həftə itirdiyim çəki ilə birgə bu sadaladığım yoxlamaları da yenidən aparır və qeyd edərək, müqayisə edirdi. Ümumiyyətcə çox mehriban məsləhətçim Fərqanə xanıma xüsusi təşəkkür edirəm. Çünki əsas həvəsi o yaratdı və hər gün yediklərimə, çəkimə xüsusi nəzarət edirdi. Bundan başqa oradakı digər məsləhətçilərdən fərqli olaraq ən dadlı kokteylləri o hazırlayırdı :)) Amma onlar da inciməsin, onlar da yaxşı insanlardı və hörmət etdiyim məsləhətçilərdi. Onların da əməyini itirmək olmaz. Hər səhər kluba gələn xanımlarla birgə həm deyib-gülərək, həm də nəticələrimizlə yarışa çıxaraq daha uğurlu nəticələr əldə edirdik.

Beləliklə 2 aya 17 kq arıqladım. Təxminən bir aya 150-160 manat ümumi xərcim çıxdı.

Çoxları elə düşünür ki, Herbalife məhsullarını alım içim arıqlayacam. Amma xeyr!!! Əsla elə deyil. Qeyd etdiyim kimi Herbalife məhsullarını qəbul etməzdən əlavə xüsusi pəhrizə riayət etmək lazımdır, "olmaz"ları etməmək lazımdır, təmkinli, səbrli, iddialı olmaq lazımdır. Yoxsa pul verib təkcə Herbalife məhsullarını qəbul egməklə nəinki 17 kq hec 7 kq da arıqlamazsınız.

Bir daha qeyd edirəm ki, Herbalife termo çayı, Herbalife aloe suyu, Herbalife kokteyli, Herbalife şokoladı, Herbalife balıq yağı və Herbalife kalsiumu haqqında ayrıca olaraq ətraflı rəylər yazacam ki, maraqlananlar ətraflı informasiya ala bilsinlər.

Keçən ildən bu yana 1 il keçib və hal-hazırda çəkim 57.700 kq-dır. Belə ki, Herbalife atandan sonra kökəlmə filan baş verməyib. Amma əlbəttə ki, yeməyimə yenə diqqət edirəm və "olmaz"lardan az istifadə edirəm, su rejimimə riayət edirəm. Heç bir iş əziyyətsiz olmaz. Təkcə pul verib Herbalife-a gedim arqlayım kimi düşüncə tamamilə yalnışdır.

Bəs yaxşı sual versəniz ki, Herbalife-a getməyə dəyər ya yox? Mən deyərdim ki, insan istəsə özü də arıqlaya bilər. Amma artıq çəki normadan xeyli çoxdursa, özünə inam yoxdursa, maddi imkan da yetərlidirsə getməyə dəyər. Çünki ən azından stimuldur. Daha sonra isə, özünüz ev şəraitində, ordan-burdan eşitdiyiniz pəhrizlərlə 2 aya 5 kq arıqlayacaqsınızsa, Herbalife-da bu nəticə 2-3 qat artıq olacaq. Yəni, nəticəniz daha yüksək olacaq. Ən əsası odur ki heç bir ziyanı yoxdur, nəticə isə qalıcıdır.

Bir məsələni də qeyd edim ki, mən özüm də Herbalife-a qədər müxtəlif pəhrizlər saxlamışam. Amma Herbalife-a getdikdən sonra anladım ki, bir var insanın piyi əriyir deyə çəki itirir, bir də var baş aldadan pəhrizlərlə bədəndən su gedir deyə çəki itirirsən. Su itirmək heç də arıqlamaq demək deyil. Əsas daxili piylərin əriməsidir. Daxili piy əridikdə nəticə qalıcı olur. Bədəndən sadəcə su getdikdə isə azı 2 həftəyə itirdiyin çəki yenidən geri qayıdır. Beləliklə seçimi özünü edin. Herbalife arıqlama klublarına getməyə dəyər ya yox... Mənim fikrimi bilmək istəyirsinizsə əgər maddi imkan verirsə dəyər və mən hətta ildə 1 dəfə 1 aylıq da olsa gedərdim (maddi imkan versə). Çünki ancaq xeyirini gördüm. Arıqlayırsan, üstəlik ac qalmadan arıqlayırsan. Bundan gözəl nə ola bilər:) 1 ildir nəticə eyni olaraq qalıbsa deməli getməyə dəyər! Xüsusilə pozitiv, arıqlamağa iddialı insanların əhatəsində arıqlamaq daha maraqlıdır. Mən getdiyim arıqlama klubunda məsləhətçilərimiz müxtəlif viktorinalar keçirdirdilər. Viktorinalar sayəsində Herbalife-dan müxtəlif hədiyyələr alırdıq. Birlikdə diyetik pikniklər edir, idman edir, oyunlar keçirirdik. Qısası, mənim yaddaşımda maraqlı və gözəl nəticəli bir dövr kimi qaldı. Rəyim əsla reklam xarakterli deyil.

  4208   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Похудение

Evdə edə biləcəyimiz bir neçə rahat və effektli üsullarla arıqlamaq mümkündür
Похудение

Pəhriz saxlayanlara məsləhət: Qida rasionunuza badam daxil etməyi unutmayın
Похудение

Bu möcüzəvi yaşıl içkini istifadə etsəniz daha da gözəl və arıq olarsınız
Похудение

"Aktyor pəhrizi" – tez bir zamanda çəki itirmək üçün ideal pəhrizdir
Похудение

Qızlar oxumadan keçməyin - çox effektiv xurma pəhrizi :)
Похудение

“12 gün” pəhrizi - düzdür bu pəhrizlə 10 kq arıqlamaq olar, amma nəyin bahasına?!
Похудение

"Eveline Slim Extreme 3D" - bu kremdən 1 ay istifadə olunsa, məncə orqanların çoxu sıradan çıxar
Похудение

5:2 pəhrizi - ən azından çəkini saxlamaq üçün çox asan üsuldur
Похудение

Limon pəhrizi – ehtiyatlı olmaq lazımdır
Похудение

Herbalife
Похудение

Гербалайф клуб похудения

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up