Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
25 Мая 2017

Hair style by Nisə, make up by Səxavətdirsə deməli hamı sizi bəyənəcək:)

Toy günümüzün saç düzümü və makiyajını kimə etibar edəcəyimə çox fikir edirdim. Uzun müddət axtarışlar və araşdırmalardan sonra nəhayət qərarımı "Mani Doro" salonunda çalışan saç ustası Nisə xanım və makiyaj ustası Səxavət xanımda saxladım. Bu ikili həqiqətən birlikdə çox gözəl gəlin obrazları yaradır.

Əvvəllər hər iki xanım "Estellita"da işləyirdi. Sonradan özləri Mani Doro salonunu açdılar və orada işləyirlər. Qiymətə gəldikdə - təkcə gəlin saç və makiyajı 250 Azn-dir. Manikur, xına ilə naxış, gəlin tacı istəyirsinizsə hamısı əlavə olaraq ödənilir.

Bundan başqa, gəlin paketi də mövcuddur. Bu paketə - gəlin saç düzümü, makiyajı, manikur, toydan 1 gün öncə üz baxımı (sakitləşdirici üz maskaları), qaş alınması daxildir. Bu paketin qiyməti isə 300 AZNdir.

Hər iki xanım çox-çox sadə, səmimi, mehriban, şəndirlər. Gəlin olaraq çox həyəcanlı idim, amma səmimi mehriban davranışları ilə həyəcanımı azaltdılar. Həm gəlinin öz istəyini nəzərə alırlar, həm də işlərinin ustaları olaraq öz təkliflərini də qeyd edirlər. Yəni, bəlkə hansısa gəlinin istədiyi saç düzümü və yaxud makiyaj onlara yaraşmayacaqsa əvvəlcədən bu barədə kliyentə bildirirlər.

Mən hər iki xanımın həm əl işlərini, həm də səmimiyyətlərini çox bəyəndim. Həm qız, həm də oğlan toyunda görünüşümü onlara etibar etdim, peşman da olmadım. Saç da, makiyaj da toyun sonuna kimi öz effektini saxladı və ancaq təriflər, komplimentər eşitdim :) Makiyajda ancaq lux kosmetikadan istifadə olundu.

Nisə və Səxavət xanım təkcə gəlin obrazları yaratmır, həmçinin, digər özəl günlərdə də gözəlliyinizi onlara etibar edə bilərsiniz. Salona yazıldıqda saat neçədə çıxmaq istədiyinizi qeyd edirsiniz və lazımi saatda toydan 1 gün qabaq zəng edib səhəri gün saat neçədə gəlməli olduğunuzu deyirlər. Həqiqətən işlərini də elə görürlər ki, dediyiniz vaxtda tam olaraq hazır olursunuz. Mən orada bəzənərkən bütün digər gəlinlər mənim kimi görünüşlərindən razı idilər.

Salon Mirəli Qaşqay 186-da, Modern otel ilə üzbəüz yerləşir.

  563   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Салоны красоты и спа-центры, бани

Lady House VIP-in aleksandrit lazer mütəxəssisi Səbinə xanım, səliqəli və diqqətli işinizə görə çox sağ olun!
Салоны красоты и спа-центры, бани

ST studio-da lazer epilyasiyasından razı qaldım
Салоны красоты и спа-центры, бани

Советую сходить на спа-педикюр в салон Vivid
Салоны красоты и спа-центры, бани

Bella 2 salonu - sosial şəbəkələrdə yalançı elanlar yerləşdirmək nə dərəcədə düzgündür???
Салоны красоты и спа-центры, бани

Monika gözəllik salonunda saçqıranları yaxşı təmizlədilər
Салоны красоты и спа-центры, бани

"Beauty Code" salonundan çox razı qaldım
Салоны красоты и спа-центры, бани

Beauty Concept Baku gözəllik salonunda işləyən Gulya xanımdan razı qaldım, Təşəkkürlər imho.az!
Салоны красоты и спа-центры, бани

Стрижка горячими ножницами в Beauttech - Лишняя трата денег
Салоны красоты и спа-центры, бани

Beauty Concept Baku salonundakı Gulya xanımın işindən razı qaldım. Məsləhət görürəm
Салоны красоты и спа-центры, бани

Mani Doro

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up