Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aida Aliyeva
05 Мая 2017

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır

Qonaq gəldikdə adətən salat hazırlamağa daha çox üstünlük veriririk. Mayonezli salatların dadı mənə daha çox xoş gəldiyindən belə salatlar hazırlayıram.
 
Bu dəfə hazırladığım salat həm görünüşü, həm də dadı ilə bəyənildi. Adı Napaleon salatıdır, lavaş salatına oxşayır. Bu salatın lavaşını evdə də hazırlamaq olar, ancaq mən hazır lavaşlardan istifadə etdim.
 
Lazım olan ərzaqlar:
5-6 ədəd balaca yumru lavaş,
3 orta boy kartof,
3 orta boy yerkökü,
3 yumurta,
300 qram holland pendiri,
bir toyuğun döş əti,
mayonez apardığı qədər, duz, istiot.
 
Toyuğun döş əti duzlu suda bişirilir və didilir.
Kartof, yumurta, yerkökü bişirilir və sürtgəcdən keçirilir.
Holland pendirini də sürtgəcdən keçiririk.
Lavaşa uyğun tavanı yağlayırıq birinci lavaşı qiyuruq üzərini mayonezləyib kartofu bərabər səpirik və üzərinə biraz holland pendiri səpirik.
İkinci lavaşı qoyub digər ərzaqları eyni qaydayla yığırıq aralarına da duz istiot vurulur.
Axırıncı qatda iki lavaş qoyuruq üzərini mayonez və yağla yağlayıb holland pendiri səpirik və 180 dərəcədə azca bişiririk. Daha doğrusu holland pemdiri əriyib qatları bir birinə yapışdırdıqda götürürük.
 
Üzərini istədiyiniz kimi bəzəyə də bilərsiniz. Nuş olsun!

  6016   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Салаты

  Положительных отзывов: 15

  Отрицательных отзывов: 0


up