Adətən tort bişirəndə ta uşaqlıqdan bəri klassik kremdən istifadə edirdik. Qatılaşdırılmış süd və kərə yağından alınan bu qarışımda həmişə şirniyyat mağazalarında bişirilən tortların kremlərindəki dadı axtarmışam. Ancaq bu kremde daha çox yağ dadı hiss olunur. Amma artıq tortlarda adətən də meyvəli tortlarda qaymaq kremindən istifadə edirəm. Şirniyyat üçün vasitələr satılan dükanlarda tort üçün qaymaq tapmaq çox rahatdir. Ancaq bu həmişə əlimizin altında olmur.
Supermarketlərdə satılan "Domik v derevne slivki" bu baxımdan əlverişlidir. Maye halında olur. İstifadə etməzdən əvvəl yaxşı olardı ki, soyuducuda biraz dondurulsun yəni buz kimi soyuq olduqda krem yaxşı alınır. 15 dəqiqə ərzində mikserlə çırpılır və içərisinə 3 və ya 4 xörək qaşığı qatılaşdırılmış süd qatılır. Bunun əvəzinə şəkər pudrasıda qatmaq olar. Kremin daha yaxşı alınması üçün 1 xörək qaşığı da krem şanti əlavə edirəm. Biraz duru bir krem alınsa da dadı çox gözəl olur. Bu qaymaqdan çox bəyənərək istifadə edirəm.