Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
10 Февраля 2017

Womens Cafe - təəssüflə qeyd edirəm ki qiymətlər şişirtilmişdir

İşdən sonra rəfiqələrimlə Nizami kinoteatrının yaxınlığında yerləşən və yalnız xanımlar üçün nəzərdə tutulmuş Women's Cafe-yə getdik. Haqqında sosial şəbəkələrdə eşitmişdik, ancaq 1-ci dəfə idi bu kafeyə gedirdik.

Super gözəl, gözoxşayan interyeri var. İnteryerin rəng seçimi işdən sonrakı yorğunluğu anında apardı. Ofisiantlardan tutmuş müştərilərə kimi içəridə ancaq xanımlar idi. Kişilərə giriş qadağandır! :) İşçilər çox mehriban və səmimi idi. Lakin qiymətlər bizi çox məyus etdi.

Misal üçün çay dəstgahı sifariş verdik - 25 manata. 25 manata çay dəstgahı şəhər üçün normal qiymətdir. Amma çay dəstgahının içinə 1 çaynik çay, mürəbbə, qənd daxil idi. Vəssalam... Bu da 25 manata çay dəstgahı! Bundan başqa çaynikdə çay bitdisə yeni çaynik çay üçün əlavə 6 manat ödəməlisən (açığı tam yadımda deyil 6 və ya 9 manat).

Başqa şəhər içi kafelərdə çay dəstgahına limitsiz çaynik çay, qənd, mürəbbə, qarışıq ləbləbi, müxtəlif meyvə quruları, kişmiş və s. aid olur. Amma burada 25 manata sadəcə 1 çaynik çay, mürəbbə və qənd. Əlavə çay istəyirsənsə əlavə ödəniş etməlisən.

Dediyim kimi hər bir şəraitdən, interyerdən, müştərilərlə davranışdan, səmimilikdən tam razı qaldıq. Amma qiymətlər doğurdan da şişirtilmişdir. Kafelərə vaxtaşırı gedirik və qiymətlərdən xəbərimiz var. Yəni, səbəb dolların qalxması ola bilməz. Çünki hazırda daha uyğun qiymətlərlə başqa kafelər fəaliyyət göstərir. İdeya olaraq da çox əladır ki, sırf xanımların rahat istirahət edə biləcəyi məkan açıblar. Amma onu da qeyd edim ki bu da Bakıda nə ilk nə də yeganə xanımlsr üçün kafe deyil. Qiymətləri daha münasib etsələr mənim kimi fikirdə olan bir çoooox digər müştəriləri davamlı olaraq Women's Cafeyə gələr. Amma bu menyu ilə çətin ...

  1606   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рестораны и кафе

"Bir-iki" restoranı - burada bir dəfə məhz -"bir-iki dönərini" yeyən yenə yeyəcək
Рестораны и кафе

Chaikovsky cafe - şip-şirin məkan :) Çooox bəyəndim
Рестораны и кафе

Негативный отзыв о Coffeeshop Company Azerbaijan
Рестораны и кафе

"Kürə pizza" ailəvi restoranı - operativ çatdırılma xidməti və super keyfiyyətə görə təşəkkürlər
Рестораны и кафе

Рассеянные официанты портят все хорошее впечатление о "Мадо"
Рестораны и кафе

Пиццерия Papa John's - ожидания не оправдались
Рестораны и кафе

KFC-də daddığım dondurmanın dadı damağımda qaldı
Рестораны и кафе

"Tarihi Sultanahmet Köftəcisi" restoranının mənfi və müsbət hallar
Рестораны и кафе

"HR İskender" restoranı dadlı yeməkləri ilə rahat və təmiz məkandır
Рестораны и кафе

Вуменс кафе

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 1


up