Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
06 Января 2017

ArtDeco Rich treatment foundation tonal kremi məncə bir çox xanımın ürəyincə olacaq

Quru və normal üz dərisi olan xanımlara çox gözəl tonal krem məsləhət görmək istərdim. Bu, İdeal-dan aldığım ArtDeco Rich treatment foundation tonal kremidir. 20 ml həcmindədir. Mən 10 nömrəli rəng tonunu seçdim.

Açığı, bu tonal kremin rəng seçimi zəngin deyil. Açıq dərisi olan xanımlara isə ən uyğun rəng - 10dur. Tonal krem konsistensiyasına görə ağırdır. Yaxşı olar ki tonal kremi üzə vurduqdan sonra dərhal yayasınız. Yoxsa qalın konsistensiyaya malik olduğu üçün havada biraz daha ağırlaşa bilər.

Tonal krem dəriyə çox gözəl oturur. Satin yox, deyərdim ki səliqəli mat effekt verir. Mən bəzən bu tonal kremi gözaltı nahiyəyə də çəkirəm. Heç bir qıcıqlanma olmur və məsamələrə dolmur.

Məhz bu rəng tonu haqda deyə bilərəm ki, nə sarımtıl, nə də çəhrayı rəng çaları vermir. Dəriyə uyğun təbii effekt yaranır. Örtücülük xüsusiyyətini də çox bəyəndim. Dəridəki yüngül və hətta orta çətin problemləri yaxşı örtür. Qiyməti də çox münasibdir.

Tərkibi kimisə maraqlandırırsa, buyurun: Aqua (Water), Cyclomethicone, Talc, Glycerin, Squalane, Titanium Dioxide, Peg/Ppg-25/25 Dimethicone, Quaternium-18 Bentonite, Zinc Oxide, Magnesium Sulfate, Dimethicone, C12-14 Pareth-3, Sorbitan Sesquioleate, Methylparaben, Cetyl Ethylhexanoate, Methicone, Tocopherol, Butylparaben, Polyethylene, Butylene Glycol, Trimethylsiloxysilicate, Silica, Alcohol, Gentiana Lutea Root Extract, Morus Bombycis Root Extract, Sodium Hyaluronate, Glycyrrhiza Inflata Root Extract, Lauroyl Lysine, Ovum (Egg Oil), Aluminum Hydroxide, Aluminum Starch Octenylsuccinate, Parfum (Fragrance), Butylphenyl Methylpropional, [+/- (May Contain) Mica, Ci 77491 (Iron Oxides), Ci 77492 (Iron Oxides), Ci 77499 (Iron Oxides)].

Bir sözlə, ArtDeco Rich Treatment tonal kremindən razı qaldim.

  113   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Декоративная косметика

Monaliza qaş karandaşı (004 çalarlı) ilə qaşlarım daha səliqəli və baxımlı görünür
Декоративная косметика

Mən üstünlüyü "Londa" saç boyalarına verirəm
Декоративная косметика

Collistar Rosetto Art Design dodaq boyasının 11/papaya rəngi - şaftalı rəngini axtaran xanımlar üçün:)
Декоративная косметика

Maybelline Lash Sensational Веерный Объем – kirpikləri əla burur və uzadır
Декоративная косметика

Faberlic "Безупречная кожа" Легкий светящийся – bu tonal kremi çəkdin ya çəkmədin heç bir fərq eləməz
Декоративная косметика

"Wellaton" saç boyası - ilk istifadədən xoşumuza gəldi
Декоративная косметика

"Lavsonia" xınası – həm qablaşmanın tərkibi yarımçıq çıxdı həm də şabalıdı rəng alınmadı
Декоративная косметика

Givenchy Noir couture volume mascara – qiymətinə aldanmaq lazım deyil
Декоративная косметика

Rimmel 60 Seconds dırnaq lakları – çox da yaxşı laklardır
Декоративная косметика

Артдеко Rich treatment foundation тональный крем

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up