Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
22 Декабря 2016

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...

Bir neçə gün öncə xəbərləri izləyərkən çox təsiredici və eyni zamanda həm sevindirici həm də üzücü bir xəbərin şahidi oldum.

Lənkəran şəhərində Rauf Hüseynov adlı sahibkar şirniyyat mağazasının üzərinə bu cür sözlər yazılmış bir elan yapışdırıb: "Şəhid övladlarına tort məmulatları pulsuzdur. Hesab ataları tərəfindən ödənilib."

Xəbəri izləyərkən çox maraqlı və etiraf edim ki qürurverici hisslər keçirdim. Halal olsun sizin kimi ürəyigeniş, xeyirxah şəxslərə. Hər dəfə Qarabağda düşmən tərəfindən qətlə yetirilmiş şəhidlərimiz haqda xəbərlər eşidib üzülürük. Amma siz bu cür hərəkətlərlə şəhid ailələrini sevindirirsiniz, ailələrinə həqiqətən şəhidliyin necə uca zirvə olduğunu xatırladırsınız.

Əslində üzücü bir haldır ki, yenə də orta-kasıb təbəqədən olan insanların bu cür xeyirxah əməllərinin şahidi oluruq. Halbuki ölkəmizdə o qədər villa sahibləri, gündə bir maşın sürən, bir kasıbın bir ilə qazandığını bəlkə bir günə qazanan imkanlı şəxslərimiz var ki... Bu cür və daha böyük xeyirxah addımları onlardan görmək istərdik. Rauf Hüseynov kimi böyük ürəkli insanlardan ibrət götürün. Onsuzda hansısa tortu pulsuz almaqla şəhid ailələrinin ürəyindəki o yara sağalmır. Amma ən azından ürəkləri təskinlik tapır ki, şəhidlər unudulmur.

  163   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Lazımsız dərmanların yox, xəstələrin gündəlik tələbatı olan dərmanların qiymətini ucuzlaşdırmaq lazımdır!
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 171


up