Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
13 Декабря 2016

Chaikovsky cafe - şip-şirin məkan :) Çooox bəyəndim

Şəhərimizdə gözəl və rahat kafe-restoranlar çoxdur. Amma onların çoxlarını (hamısını deməyim, çünki haqsızlıq olar) bir-birindən fərqləndirən cəhətlər azdır. Bu yaxında nişanlımla birlikdə Chaikovsky cafe-yə getdik. İlk öncə onu deyim ki kafe böyük deyil. Amma o qədər gözəl və şirin dizayndadır ki, insanda ancaq müsbət aura yaradır. Masaların üzərində şip-şirin ayılar, kəpənəklər, bər-bəzəkli aksesuarlar, tetrislər :), cafenin rəngi və dizaynı insanı sanki nağıllar diyarına aparır. Hər bir yeməyi, içkini, deserti xüsusi qeyri-adi dizaynda, bəzədilmiş və rəngarəng qablarda təqdim edirlər.

Biz pizza və parfe sifariş verdik. Pizza çox ləzzətli idi. "Parfe"nin dadını isə sözlə ifadə etmək mümkün deyil. Super, super, super. Dadından doymaq olmur:)

Qiymətlər isə tam münadibdir, baha və şişirdilmiş deyil. Həmçinin gitaranın müşayiəti ilə canlı ifa kafeyə xüsusi özəllik verir. İfaçının da çox yaxşı səsi və musiqi seçimləri var idi. "Qaradəniz" musiqilərini xoşladığımız üçün nişanlıma da mənə də bu ifa xoş gəldi.

İşçilər də hamısı mehriban və mədəni insanlardır. Bura həm sevgiliniz həm də rəfiqələrinizlə gələ bilərsiniz və əminəm ki bir dəfə gələn bu kafeyə hələ çox gələcək.

Getmək istəyənlər üçün kafenin adresini qeyd edirəm: Tarqoviy küçəsin Yusif Məmmədəliyev küçəsi 40, Mc. Donalds'ın yanındakl Mado restoranı ilə üzbəüz köşkün yanı.
Klassik restoran və kafelərin çoxluq təşkil etdiyi zamanda bu cür rahat və isti atmosferli məkana getmək istəyirinixsə birbaşa Chaikovsky cafe-yə yollanın.

  1240   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рестораны и кафе

"Bir-iki" restoranı - burada bir dəfə məhz -"bir-iki dönərini" yeyən yenə yeyəcək
Рестораны и кафе

Womens Cafe - təəssüflə qeyd edirəm ki qiymətlər şişirtilmişdir
Рестораны и кафе

Негативный отзыв о Coffeeshop Company Azerbaijan
Рестораны и кафе

"Kürə pizza" ailəvi restoranı - operativ çatdırılma xidməti və super keyfiyyətə görə təşəkkürlər
Рестораны и кафе

Рассеянные официанты портят все хорошее впечатление о "Мадо"
Рестораны и кафе

Пиццерия Papa John's - ожидания не оправдались
Рестораны и кафе

KFC-də daddığım dondurmanın dadı damağımda qaldı
Рестораны и кафе

"Tarihi Sultanahmet Köftəcisi" restoranının mənfi və müsbət hallar
Рестораны и кафе

"HR İskender" restoranı dadlı yeməkləri ilə rahat və təmiz məkandır
Рестораны и кафе

Чайковский кафе

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up