Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
13 Декабря 2016

Həqiqətə uyğun olmayan video və xəbərləri televiziya kanallarında göstərməklə nə qazanırsınız?

Televiziya kanallarımızda süni yumurta haqqında informasiya eşitdim. Süni düyü, süni yolla şişirdilən toyuqlar, indi isə süni yumurta, tükdən haxırlanan çörəklər... Biz artıq düyünü də ehtiyatla alırıq, broyler toyuqlarından isə tamamilə imtina etmişik. İndi də yumurtanı yemək rasionumuzdan çıxaraq?

Yumurtanın çox xeyirli və lazımlı qida olmasını hamı bilir. Ondan imtina etmək olmaz. Sözün düzü bu xəbərə mən çox inanmadım. Xəbərdə bir video da göstərdilər. Videoda qabda yumurtanı sındırdılar və barmaqla yumurtanın sarısını tərpətdilər. Lakin yumurtanın sarısı dağılmadı ki dağılmadı. Bu eksperimenti mən də evdə elədim. Həm də 100% kənd yumurtası üzərində sınadım. Çox maraqlıdır ki, mən də yumurtanın sarısını barbağımla tərpətsəm də yumurtanın sarısı dağılmadı. Nədir? Bu süni yumurtadır? Əsla ola bilməz.

Çünki yaxın qohumun həyətində saxladığı toyuqlardan alınma yumurtaları istifadə edirik. Ay savadsızlar! Yumurtanın sarısı şəffaf torbanın içində yerləşir və onu dağıtmaq bu videodakı hərəkətlə əlbəttə ki mümkün olmayacaq. Xəbərlərdə belə bir cümlə də işlədildi ki, guya yumurtanın süni olması beləcə sübut olundu.

Bu da azmış kimi bir neçə gün öncə televizorda xəbərlərdə çörəklərin hazırlanması zamanı tüklərdən istifadə olunması haqda məlumat verildi. Guya ki, gözəllik salonlarında kəsilən saçlar yığılır, xüsusi fabriklərə göndərilir, orada üyüdülür və maddə halını alır. Sonra da çörəklərə qatılır. Bu kimi iyrənc xəbərləri yaymaqla jurnalistlərimiz bizi artıq hər bir şeydən iyrəndirib.

Bəlkə Çin kimi qurbağa, siçan yeyilən ölkədə bu kimi iyrəncliklər mövcuddur. Çünki onlar onsuz da iyrəncliyə öyrəşib. Amma bu məlumarları bizim televizor ekranlarda göstərməklə insanları iyrəndirmək düzgün deyil. Bu cür sübuta yetirilməmiş videoları və xəbərləri televiziyada yaymaq lazım deyil. İnsanların ürəklərini bulandırmayın.

  561   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Телевизионные программы

"Survivor" proqramını böyük maraq və həyəcanla seyr edirik
Телевизионные программы

"YARIMada" verilişi - Milli Televiziya və Radio Şurası hara baxır?
Телевизионные программы

Vüsalə xanımın aparıcılığı ilə "Qadına görə" verilişini izləməyi xüsusilə toya hazırlaşan xanımlara məsləhət görürəm
Телевизионные программы

Yeni formatda yayımlanan "Ben bilmem eşim bilir" verilişi insanları insanlıqdan çıxararaq şeytanlaşdırır
Телевизионные программы

"Big brother Türkiye" – super realiti şoudur. Gokçen, İdil, Arsel, yarışmanı sizlərdən birinin udmasını çox istəyirik
Телевизионные программы

"Big brother Türkiye" layihəsi gözlədiyim kimi maraqlı olmadı
Телевизионные программы

Turabinin "Survivor All Star"da 10 ilin çempionu olmasına çox sevindik
Телевизионные программы

"Пусть говорят" verilişində "Sən gəlməz oldun" musiqisinin səsləndirilməsi gözlənilməz və xoş oldu
Телевизионные программы

Xəzər TV-də yayımlanan "Addım-addım" verilişi insanı xəyalən təbiətin qoynuna aparır
Телевизионные программы

Азербайджанское телевидение

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 1


up