Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
25 Ноября 2016

"Anakonda 2: Lənətlənmiş orxideyanın ovu" - qaranlıqdan başqa heç nə görmədik ki bəyənək...

Ceniffer Lopezin iştirakı ilə çəkilmiş "Anakonda 1" filminə yəqin çoxları baxıb. Mənim də çox sevdiyim və həqiqətən də super aktyorların iştirakı ilə çəkilmiş uğurlu filmdir.

Dünən rus kanallarının birində "Anakonda" filmini izlədim və ardınca "Anakonda 2: Lənətlənmiş orxideyanın ovu" filmi başladı. Filmi böyük maraqla izləməyə başladım. Əslində bu film 2004-cü ildə çəkilsə də bu vaxta qədər baxmamışdım.

Farmasept şirkətlərinin birinin sponsorluğu ilə elmi ekspedisiya Borneo adasına qara orxideya axtarmağa gedir. Bu çiçək qeyri-adi xüsusiyyətlərə malikdir: ömürü uzadır və cavanlığı geri qaytarır. Həqiqətən Borneo adasında bu çiçəyin mövcudluğu sübut olunur. Lakin başqa dəhşətli faktlar da meydana çıxır. Bu adada nəhəng ilanlar -Anakondalar insanları məhv edir.

Mövzu olaraq "Anakonda 1" filmi ilə oxşardır. Amma yenə də "Anakonda 2: Lənətlənmiş orxideyanın ovu" filmi çəkilişə görə "Anakonda 1" filminə çata bilməz. Filmin çəkilişlərinin ən maraqlı hissələri qaranlıqda çəkilib və demək olar ki heç nə görmək mümkün olmur. Filmin əvvəli normal işıqda yayımlansa da, filmin sonuna 5 dəqiqə qalmışa kimi qara səhnədən başqa heç nə görmədik. Bir də gördük ki filmin 2-3 qəhrəmanı xilas oldu. Amma necə və hansı yolla o hələ də sirr olaraq qaldı. Ona görə filmi bəyənmədim. Daha doğrusu istəsəm də filmə normal baxa bilmədim. Bəlkə də baxa bilsəydim maraqlı gələrdi.

Film

  1654   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Фильмы

"Девушка моих кошмаров" - Ben Stillerin ifasında çox gülməli və müsbət aura yaradan filmdir
Фильмы

"Qırmızı papaq" (2011) - film gözlədiyim kimi maraqlı olmadı
Фильмы

"İçerde" türk serialı hələ ki çox maraqlıdır
Фильмы

"Fan" - hind filmi olsa da hind filmlərindən çox uzaqdır
Фильмы

"Sürgün" türk filmini həqiqətən çox maraqla sona kimi izlədim
Фильмы

“MaXem chemicals” asetonu 2 dəfə istifadədən sonra artıq zibillikdə idi!!!
Фильмы

"Sağ qalmış" – o qədər tərifə layiq film deyilmiş
Фильмы

"Güzgünün 2 üzü var" filmi həmişəki kimi məndə pozitiv hisslər yaratdı
Фильмы

"Sevənlər" filmə ancaq Şahrux Xana görə baxdım, çox maraqsız çəkilib
Фильмы

Sony Pictures Entertainment
Фильмы

Анаконда 2: Охота за Проклятой Орхидеей

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 1


up