Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
11 Ноября 2016

Saç tökülməsinə qarşı "Bioxen femina" - alanda çox da ümidim olmasa da, effektini gördüm

Saçlarım son zamanlar çox tökülürdü. Saçıma xüsusi qulluq etməyə vaxt olmadığından televizor ekranlarında tez-tez reklam olunan Bioxen femina saç şampunundan aldım. Qiyməti 16 manat 70 qəpik idi. Bu şampun sırf saç tökülməsinə qarşı istifadə olunur və hər saç tipinə (quru,ysğlı,normal saçlar üçün)uyğun növləri vardır. Mən quru və normal saçlar üçün nəzərdə tutulan Bioxen femina-nı aldım.

Şampun özü karobka içərisində yerləşdirilib və 300 ml plastmas qabdadır. Şampunun mayesi qəhvəyi rəngdədir. İyi deməzdim ki, ürəkaçandır, normaldır. Amma çox pis də deyil. Çox yaxşı köpüklənir və rahat yuyulur.

Bu şampunu hər gün də istifadə etmək olar. Heç bir ziyanı yoxdur. İstifadədə bir məsələni də qeyd edim ki, çalışın şampunu saçınızda heç olmasa 5-7 dəqiqə saxlayın ki, saçın dibləri də qodalansın. Kliniki testlər sübut edib ki, şampundan 2 ay ərzində davamlı istifadə etdikdə 46% saç tökülməsi azalır, 4 ay istifadə etdikdə 77% azalır, 6 ay ərzində isə 87% azalır.

Mən artıq 3 aydır ki, ancaq bu şampunla saçlarımı yuyuram və gördüyüm müsbət effektləri qeyd etmək istəyirəm.
1) Yuxarıda da qeyd etdim ki, saçlarım quru olduğundan quru saçlar üçün nəzərdə tutuluş femina almışdım. Saçlarımı bu şampunla yuduqdan sonra saçlarım çox yumşaq olub və hətta deyərdim ki, yüngül ukladka effekti də yaranıb. Əvvəllər bu effekti almaq üçün əlavə olaraq balzamdan istifadə edirdim. Artıq buna ehtiyac yoxdur.
2) Saçlarımın tökülməsi demək olar ki 30-40% azalıb. Bu da sevindirici haldır.

Narazı qaldığım bir nyüans var ki, saçımın dibi əvvəlkindən daha tez yağlanır. Amma əsas olan saçımın tökülməsinin dayanmasıdır. Ona görə tez yağlanmanı böyük problemə çevirmirəm. Reklam olunan məhsullara inanmasam da bu dəfə alış-verişimdə yanılmadım.

  2531   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Средства гигиены

Ağ-qara ləkələrə qarşı "Garnier mineral невидимый" dezodorant-antiperspirantı tünd rəngli paltarlara ləkə salır
Средства гигиены

Alfaparf Milano-nun UOMO şampunun istifadəsindən sonra saçımda xeyli yaxşılaşma hiss etdim
Средства гигиены

"Nicos" firması yenə də öz keyfiyyəti ilə sevindirdi – bu dəfə sabunları ilə
Средства гигиены

Palmolive Spa "Шоколадная вуаль" - шикарный аромат...
Средства гигиены

Благодаря этому шампуню волосы шелковые и мягкие, как в сказке
Средства гигиены

"İlona" sabunlarının nə ətrini nə də keyfiyyətini qətiyyən bəyənmədim
Средства гигиены

Yağlı və problemli dərilər üçün Faberlic Antibakterial Ultra Clean Green geli xüsusilə yay vaxtı köməyimə çatır
Средства гигиены

Nivea pure&natural təmizləyici süd - məsləhət olunmalı qulluq vasitəsi deyil
Средства гигиены

Duş üçün "Avon senses - аромат тайны" krem-gelindən davamlı olaraq alacağıma əminəm, super
Средства гигиены

Биоксен фемина

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up