Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
07 Ноября 2016

"Qarabağı neçəyə satırsız?"

Sosial şəbəkələrin birində İtaliyanın Andrew's ties ticarət markasının Azərbaycan təmsilçiliyinin "Qarabağ", "Xarı bülbül" adlı qalstuklar istehsal etdiyi və satdığını gördüm. Açığı çox əsəb keçirdim. Zəng edib qiyməti ilə də maraqlandım. Qiymət nə az nə çox 150 manatdır. Qiymət haqqında danışmaq istəmirəm. Çünki o tamam başqa mövzudur. Məqsədim bu qalstukları almaq da deyildi. Əsla... Sadəcə "Qarabağ"ı, "Xarı bülbül"ü neçəyə satmaqları idi. Qalstuka da bu adlar verilər? Qarabağı, Xarı bülbülü də satın alarlar?

Bilməyənlər üçün kiçik bir xatırlatma edim. 1945-ci ildə Kremldə "Rodina" maşınının rütbəli şəxslər arasında təqdimatı baş tutdu. Stalin də bu maşının təqdimatında iştirak edirdi. Stalin bu maşının yaradıcılarına yaxınlaşaraq: “Почем будете “Родину” продавать?” kimi kinayəli sual verdi. İstehsalçılar bu atmacanı başa düşdülər və 1 il sonra "Rodina" adlandırılması nəzərdə tutulan avtomobil "Pobeda" adı ilə satışa buraxıldı. Bəli, hamının yaxşı tanıdığı "Pobeda" avtomobillərinin kiçik tarixçəsi belədir.

"Vətən" satılmaz, "Qarabağ" satılmaz, "Xarı bülbül" satılmaz! Kimsə deyə bilər ki, bu sadəcə Qarabağın təbliğatı, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasının xarırlatmasıdır. Amma çox yalnış fikirdir. Qarabağı bu qədər ucuzlaşdırmaq lazım deyil. Biz Azərbaycanlılar Qarabağı ancaq atlarda, qalstuklarda xatırlamaq istəmirik. Neçə illərdir Qarabağı itirib, amma "Qarabağ" qalstuklarını boynumuzda fəxrlə gəzdirməyə hələ ki bizim haqqımız çatmır. Əslində çooox ağır kəlmədir - Boynumuzdan asılmış Qarabağ...
Milli ornamentlərimizi, Azərbaycanın rəmzlərini qalstukun üzərində əks etdirib satmaq olar, amma "Qarabağ"ı yox...

MƏN QALSTUKU YOX, QARABAĞIN ÖZÜNÜ ALMAQ İSTƏYİRƏM!

  1294   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Для мужчин

Andrews ties Галстуки Карабах, Хары бюльбюль

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 1

Рекомендованные Для мужчин


Andrews ties Qarabağ, Xarı bülbül qalstuklar
Для мужчин


up