Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
02 Ноября 2016

Palıd qabığı sayəsində dərmanlardan daha az istifadə edirəm

Dişlərimin sağlamlığına yetəri qədər diqqət yetirsəm də vaxtaşırı müxtəlif problemlər (diş ətrafı damağın qanaması, həssaslıq və diş ağrıları) yaranır. Bu problemləri aradan qaldırmaq üçün çox sadə bir üsuldan istifadə edirəm - palıd qabığının, çobanyastığının və sürvənin dəmləməsi.

Adətən həmişə Herba Floranın palıd qabığı qurusunu alıram. Çəkisi 50 qr olur. Palıd qabığının tərkibində aşı maddələri, flavonoidlər, turşular və s. maddələr vardır. Ümumiyyətcə təkcə palıd qabığının dəmləməsi də çox xeyirlidir. Qarqara şəklində angina, stomatit, qinqivit, faringitlərdə istifadə edilir.

Palıd qabığı, çobanyastığı və sürvə birlikdə dəmləndikdə isə xüsusilə ağız boşluğundakı yüngül problemləri aradan qaldırır. Dərman qəbul etməyi xoşlamıram. Dişimdə yüngül ağrılar olanda mənə bu sadə üsulu aptekdə məsləhət görmüşdülər. Gün ərzində ilıq formada 3-4 dəfə ağzımı yaxalayırdım. Sözsüz ki ağrı keçmədikdə dərman qəbul etməyə məcbur oluruq. Amma yuxarıda qeyd etdiyim kimi bu qarışıq təkcə diş ağrısı üçün deyil. Ümumiyyətlə damağı sağlam və möhkəm saxlamaq üçündür. Bu təbii üsulu tövsiyyə edirəm.

  6590   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Народные рецепты

Ağ tut qurusunun xeyrindən faydalanaq. Üsullar
Народные рецепты

Ballı suyu hər gün içməklə orqanizmimi xeyli təmizlədim
Народные рецепты

İydəni bu xüsusiyyətinə görə daha tez-tez istifadə edirəm
Народные рецепты

Cəfəri kokteyli əsl möcüzədir – həm sağlamlığınız, həm də gözəlliyiniz üçün...
Народные рецепты

Təbii qaysı yağının ev şəraitində hazırlanma resepti
Народные рецепты

Adaçayının xeyri bildiyimizdən daha çox imiş
Народные рецепты

Bel ağrısını azaltma üçün istifadə etdiyim sadə üsul
Народные рецепты

Sümük və oynaqlara xeyri olan sadə və dadlı resepti sizinlə paylaşmaq istərdim
Народные рецепты

Qış mövsümündə infeksion xəstəliklərdən qorunmaq üçün sadə resept
Народные рецепты

Народные рецепты

  Положительных отзывов: 26

  Отрицательных отзывов: 0

Рекомендованные Народные рецепты


Xalq təbabətinin reseptləri
Народные рецепты


up