Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
19 Октября 2016

Üz üçün təbii kremin faydasının özümüz şahidi olduq - hazırlanma qaydası rəydə...

Anamın yaşı ilə əlaqədar üz dərisində yüngül problemlər, əsasən quruluq yaranmağa başlamışdı. Məşhur jurnalların birində ev şəraitində hazırlanan bir krem resepti görmüşdüm və hazırlamaq qərarına gəldim.

Kremin tərkibi belədir:
1/2 təzə yumurta sarısı
2 çay qaşığı badam yağı (zeytun yağı da ola bilər)
1 çay qaşığı dəniz duzu
2 çay qaşığı çobanyastığı suyu (1 xörək qaşığı quru çobanyastığı 200 qr suda 15-20 dəqiqə qaynadılır)
1/2 xörək qaşığı bal
2 çay qaşığş kosmetik vazelin

Bunları yaxşıca qarışdırıb soyuducuda saxlayırıq.

Krem üzün, boynun dərisinə çəkilir, yüngül masaj hərəkətləri ilə dəriyə yeridilir. 30 dəqiqə sonra kremin qalıqlarını mineral suda islanmış salfetlə götürürük.

Anam 1 aydır ki mütəmadi (həftədə 3 dəfə) bu təbii kremdən istifadə edir və dərisində müsbət dəyişikliklər gözə çarpır.

Bu krem təkcə yaşlı insanlara deyil, cavan xanımlara da uyğundur. Gördüyünüz kimi tərkibindəki maddələrin heç birinin ziyanı ola bilməz. Əksinə...

  3584   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Секреты красоты

Saçınız tökülür? Ev şəraitində özünüz buna çarə tapa bilərsiz. Resept!
Секреты красоты

Xurmadan çox gözəl maska resepti rəydə ...
Секреты красоты

Qış aylarında istifadə etdiyim 2 maska reseptini sizlərlə bölüşürəm
Секреты красоты

İstifadə etdiyim nəmləndirici effektli 2 maska resepti rəyimdə ...
Секреты красоты

Qara və qırmızı qarağatdan yağlı və normal (quruluğa meylli) dərilər üçün özümün faydasını gördüyüm üz maskaları
Секреты красоты

Saçlarınızı mineral su ilə yaxalamağı bir vərdişə çevirin və nəticəni özünüz görün!
Секреты красоты

Mənim faydasını gördüyüm çiyələkli maskadan siz də istifadə edin
Секреты красоты

Dəniz duzu ilə dərini pilinq etməyin əsl zamanıdır. İstifadə etdiyim sadə resept
Секреты красоты

Nəticəsini gördüyüm albalı tərkibli maska reseptləri
Секреты красоты

Уход за кожей лица

  Положительных отзывов: 18

  Отрицательных отзывов: 0


up