Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
19 Октября 2016

Əsl payız menyusu - ləzzətli yemək resepti

Rəngli bibərlər (yaşıl, qırmızı, sarı) hər zaman süfrələrimizin bəzəyidirlər. Həm dadları, həm də bədənə xeyirləri əvəzsizdir. Bibərin tərkibindəki ətirli dad xoşbəxtlik hormonlarını aktivləşdirir, dolayısı əhval ruhiyyəni qaldırır. Bu baxımdan ailəmə yemək hazırlayarkən rasionumuza bibər tərkibli salatları tez-tez daxil edirəm. Həm də ailə üzvlərimin hamısı istər acı, istərsə də şirin bibəri xoşlayırlar. Hazırladığım bibər tərkibli reseptlərdən birini sizə təqdim edirəm.

Resept:
Badımcanları təmiz yuyub, qabıqlı-qabıqlı yumru formada doğrayıb, duzlayırıq.
15 dəqiqə gözləyib sonra yenidən yuyuruq.
Sarı və qırmızı bibəri tumlarından təmizləyib, uzun formada doğrayırıq.
Qırmızı baş soğanı halqa formasında doğrayırıq.

Ayrıca olaraq sous hazırlayırıq: 30 ml soya sousu, 10 ml zeytun yağı,2 diş sarımsağı doğrauıb və ya əzib, qarışdırırıq.

Doğradığımız tərəvəzləri 1 saat bu sousda saxlayıb, sonra isə tavaya düzüb sobaya 180 dərəcə temperaturda 15 dəqqə bişməyə qoyuruq. Hazır olduqdan sonra servis edərkən üzərinə doğranmış keşniş və 1 çimdik küncüt əlavə edib qarnirlə (fri, evsayağı kartof və s. ilə) süfrəyə təqdim edirik. Həm görünüşcə gözəl görünür, həm də dadından doymaq olmur.

  5761   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Основные блюда

  Положительных отзывов: 21

  Отрицательных отзывов: 0


up