Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
20 Октября 2016

İstifadə etdiyim nəmləndirici effektli 2 maska resepti rəyimdə ...

Dərimiz yay aylarında günəşin istisindən, qış aylarında isə havanın soyuqluğundan və küləyin təsirindən quruyur. Ona görə dərimizin nəmlənməyə daim ehtiyacı var. Mən dərimin daim formada olması üçün müxtəlif maskalardan istifadə edirəm. Çünki üz dərisinin baxımlı olması hər bir xanım üçün çox vacibdir. Təbii maskalar vasitəsilə dərini normaya salmaq və gözəlləşdirmək mümkündür. Bu baxımdan çox sadə və hər an əlimizin altında olan vasitələr köməyimizə gəlir. İstifadə etdiyim bəzi maskaların reseptini bu saytda paylaşmaq istəyirəm.

1) Xiyar və cəfəridən ibarət olan maska
Xiyarı xırda gözlü sürtgəcdən keçirib, xırda doğranmış və yaxud mikserdən keçirilmiş cəfəri ilə qarışdırırıq. Qarışığı üzə çəkib 20 dəqiqə saxlayıb iləq su ilə yuyuruq. Daha sonra isə evdə olan hər hansı qidalandırıcı və ya nəmləndirici kremi üzümüzə çəkirik. Bu maska bütün növ dəriləri qidalandırır, həm də ağardıcı effekti var.

2) Alma və kökdən ibarət maska
Bu meyvələr kiçik gözlü sürtgəcdən və yaxud mikserdən keçirilir və dəridə 20 dəqiqə saxlanıldıqdan sonra ilıq su ilə yuyulur. Bu 2 maskanı mən çox bəyənirəm və həftədə 2 dəfə ard-arda istifadə edirəm. Effektini isə həm özüm həm də ətrafdakılar hiss edir.

  2485   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Секреты красоты

Saçınız tökülür? Ev şəraitində özünüz buna çarə tapa bilərsiz. Resept!
Секреты красоты

Xurmadan çox gözəl maska resepti rəydə ...
Секреты красоты

Qış aylarında istifadə etdiyim 2 maska reseptini sizlərlə bölüşürəm
Секреты красоты

Üz üçün təbii kremin faydasının özümüz şahidi olduq - hazırlanma qaydası rəydə...
Секреты красоты

Qara və qırmızı qarağatdan yağlı və normal (quruluğa meylli) dərilər üçün özümün faydasını gördüyüm üz maskaları
Секреты красоты

Saçlarınızı mineral su ilə yaxalamağı bir vərdişə çevirin və nəticəni özünüz görün!
Секреты красоты

Mənim faydasını gördüyüm çiyələkli maskadan siz də istifadə edin
Секреты красоты

Dəniz duzu ilə dərini pilinq etməyin əsl zamanıdır. İstifadə etdiyim sadə resept
Секреты красоты

Nəticəsini gördüyüm albalı tərkibli maska reseptləri
Секреты красоты

Уход за кожей лица

  Положительных отзывов: 18

  Отрицательных отзывов: 0


up