Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Gunay Namazlı
19 Октября 2016

"Fan" - hind filmi olsa da hind filmlərindən çox uzaqdır

Hind filmlərini xoşlayıram. Lakin milli kanallarımızda yayımlanan filmlərin çoxu ya köhnə filmlər olur, ya da çox tez-tez təkrar olunurlar. Ona görə internet vasitəsilə yeni çəkilən filmlərdən biri olan "Fan" (Fanat) hind filmini seçib, yükləyib, baxdım.

Film triller janrında çəkilib. Filmin rejissoru Maniş Şarmadır. Baş rolların ifaçıları: Şah Rukh Khan, Coel Koussu.

Qaurav Çanana Hindistanın kiçik şəhərində yaşayır. Onun kumiri məşhur hind aktyoru Aryan Khannadır. Qauravın otağı bütün Aryanın şəkilləri ilə doludur. Bundan başqa o üzdən də məşhur aktyora çox oxşayır. Qauravın da aktyorluq istedadı var. O, ailəsi ilə birlikdə küçədə canlı tamaşalar göstərir, məşhur aktyoru məhsrətlə yamsılayır, onun rollarını, mahnılarını ifa edir. Qaurav nə olur olsun Aryanla görüşmək istəyir və böyük əziyyətlə də olsa istəyinə çatır. Lakin bu görüş onun gözlədiyi kimi olmur. Bu görüş onun həyatını tamamilə dəyişir, hətta darmadağın edir...

Filmi tam yazmıram ki, baxmaq fikrində olanlar üçün maraq itməsin. Şah Rukh Khan bu filmdə heç də yaxşı rol aparmır. Filmin sonunda mən məhz Aryanı günahkar bildim və sonluq məni məyus etdi. Ümumiyyətlə artıq hind filmləri öz əvvəlki marağını itirib. Həm artıq hind filmlərində musiqiyə heç yer verilmir ki, bu da hind filmləri pərəstişkarlarının ürəyincə deyil. Filmin ssenari xətti maraqlı olsa da rejissor filmi tamaşaçılara uğurlu təqdim edə bilmədi. Çox təəssüf ki zəif rejissor işinə görə sevimli aktyor Şah Rukh Khanın əvvəlki kimi sevilən rollarını görə bilmirik.

FILM

  2356   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Фильмы

"Девушка моих кошмаров" - Ben Stillerin ifasında çox gülməli və müsbət aura yaradan filmdir
Фильмы

"Qırmızı papaq" (2011) - film gözlədiyim kimi maraqlı olmadı
Фильмы

"Anakonda 2: Lənətlənmiş orxideyanın ovu" - qaranlıqdan başqa heç nə görmədik ki bəyənək...
Фильмы

"İçerde" türk serialı hələ ki çox maraqlıdır
Фильмы

"Sürgün" türk filmini həqiqətən çox maraqla sona kimi izlədim
Фильмы

“MaXem chemicals” asetonu 2 dəfə istifadədən sonra artıq zibillikdə idi!!!
Фильмы

"Sağ qalmış" – o qədər tərifə layiq film deyilmiş
Фильмы

"Güzgünün 2 üzü var" filmi həmişəki kimi məndə pozitiv hisslər yaratdı
Фильмы

"Sevənlər" filmə ancaq Şahrux Xana görə baxdım, çox maraqsız çəkilib
Фильмы

Фанат

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 1


up