Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Simuzer Elekberova
27 Октября 2016

Rowenta for elite model look saç burucu fenini almamağım üçün 2 səbəb...

Özümə saç burucu fen almaq istəyirdim. Lakin seçimi dəqiqləşdırməmişdim. Rəfiqəm mənə sınaq üçün 1 günlük öz saç burucu fenini verdi ki istifadə edim və bəyənsəm məhz ondan alım.

Rəfiqəmin feni Rowenta firmasının Rowenta for elite model look saç burucu feni idi. Fen çubuq formasındadır və tutacağından tutduqda qayçı şəklində açılır. Saçın ucunu həmin açılan hissəyə bürüyüb bağlayırsan və hardasa 10-15 saniyə gözləyirsən. Kimlər üçünsə bu cür saç burma metodu rahat olsa da mənim üçün heç rahat olmadı. Saçım bu qayçı şəklində açılan yuxarı hissəyə ilişirdi və saçımın uclarının yandığını hiss edirdim.

Bundan başqa saçlarım qalın olduğuna görə üst tutğac demək olar ki bağlanmırdı və saçım lazımi qədər sıxılmırdı. Beləcə bu tip saç burucusu öz funksiyasını mənim saçım kimi qalın saçda yerinə yetirmədi.

Alınan buruqlar isə çox da ürəkaçan olmadı. Saçımın ancaq aşağı hissəsi burulmuşdu. Amma nazik saçları olan xanımlar bu problemlə üzləşmirlər. Çünki rəfiqəmin saçı nazikdir və o bu fendən da razıdır.

Rowenta for elite model look saç burucusunun diametri 16 mm-dir. Fenin isinmə dərəcəsi 180 dərəcədir. Bu da bir minus cəhət oldu. Çünki temperaturu tənzimləmək olmur. Standart dərəcə yalnız 180 dərəcədir. Saçı həssas olanlar istəsə də temperaturu artira bilməz. Burucu fenin örtüyü isə keramikadır. Amma dediyim kimi saçımın uclarının yandığını hiss etdim.

Bir sözlə, Rowenta for elite model look saç burucu fenini almaq fikrindən daşındım. Əsas 2 bəyənmədiyim faktor isə yuxarıdaqeyd etdiyim kimi:
1) ümumiyyətcə saç burma metodu mənim saçım kiçi qalın saçlara uyğun deyil
2) temperaturu tənzimləmək olmur.

  1018   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Косметические принадлежности

"Tings" asetonun yaxşı təmizləmə xüsusiyyəti və gözəl qoxusu var
Косметические принадлежности

"Florika TM" lak təmizləyicisi dırnaqlarımda problemlər yaratdı, almayın
Косметические принадлежности

"Natural Konjac Konnyaku Jelly Fiber Face Wash Cleansing Sponge Puff" – həssas dərilər üçündür
Косметические принадлежности

Oriflame HairX Cape – ev şəraitində saçlarımı rənglədikdə çox lazım olur
Косметические принадлежности

"Şelale besleyici aseton" sərfəli qiymətə yaxşı asetondur
Косметические принадлежности

Oriflame-dən əldə etdiyim saçlar üçün dəsmal-sarıq – məncə uğursuz alış-verişlərimdən biri oldu
Косметические принадлежности

"Чистая линия" saç lakı firmanın digər məhsulları kimi yaxşı çıxmadı
Косметические принадлежности

Orifleymdən ələyatımlı masaj şotkası dərini yaxşı masaj edir
Косметические принадлежности

Dırnaqlar üçün müxtəlif zər və bəzəkləri Pinkdən tapmaq olar
Косметические принадлежности

Groupe SEB
Косметические принадлежности

Ровента фор элит модел лук щипцы для завивки

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 1


up