Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
25 Августа 2016

Yeni formatda yayımlanan "Ben bilmem eşim bilir" verilişi insanları insanlıqdan çıxararaq şeytanlaşdırır

Artıq 1 aydan çox vaxtdır ki, vaxtım olanda Türkiyənin Kanal D telekanalında yeni formatda yayımlanan “Ben bilmem eşim bilir” baxıram. Çox maraqlı verilişdir. Evli cütlüklərin qapalı formada bir məkanda qalması verilişi maraqlı bir realiti şouya çevirib və daha da baxımlı olmasına gətirib çıxarıb. Müxtəlif xasiyyətli insanların məcbur olaraq bir-biri ilə ünsiyyətdə olmaları gərginliklər yaradır və bu sözsüz ki verilişin reytinqini qaldırır.

Mən yalnız verilişin bir xüsusiyyəti ilə razı deyiləm ki, oyunun əsas uduşu olan maşını udan cütlüklər verilişdən kənarlaşdırılmır, və əksinə gələcəkdəki həftələrdəki yarışmalarda da iştirak edərək 2, 3, 4, 5 və s. sayda bir neçə maşın udmaq şansı qazanırlar. Biz tamaşaçıların gözü önündə insanlar “çönür”, “şeytanlaşır”. Heç bir dənə maşın udmamışdan qabaq bizə 1 maşın kifayətdir, qoy hamı maşınla bu verilişdən uzaqlaşsın deyən cütlüklər 1 maşını qazandıqdan sonra hədəfimiz 1 maşın yox bir neçə maşındır deyirlər. Bir sözlə, nəfslərinə qul olurlar, amma kənardan necə göründüklərini görmürləe.

Mən veriliş başlayanda Tuba və Buğra cütlüyünə pərəstiş ediridim. Mərhəmətli, sözün düzünü deyən Tuba 1-ci maşını udduqdan sonra 180 dərəcə dəyişdi. Finalda qaldığı yaxın rəfiqəsi, hətta bacı adlandırdığı Esra ilə elə yarışırdı ki, sanki heç 1 dənə də maşın udmayıb və sanki bacı dediyi şəxslə yox düşməni ilə yarışır. Çox kobud və nəfsinə uduzan biri kimi yanaşırdı. Halbuki bilir ki Esra və Sabit cütlüyü 8 həftədir maşın qazana bilmir. Nəticədə ikinci maşını da Tuba və Buğra cütlüyü qazandı. Artıq onların 2 maşını var və 3-cü maşın üçün mübarizə aparacaqlar. Halbuki yarışmada çox kasıb və maşına ehtiyacı olan Esra və Sabit və digər cütlüklər var. Düzdür, onlar ikinci maşını da uddular. Amma onun əvəzində insanlıq, dürüstlük, mərhəti itirdilər...

  905   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Телевизионные программы

"Survivor" proqramını böyük maraq və həyəcanla seyr edirik
Телевизионные программы

"YARIMada" verilişi - Milli Televiziya və Radio Şurası hara baxır?
Телевизионные программы

Vüsalə xanımın aparıcılığı ilə "Qadına görə" verilişini izləməyi xüsusilə toya hazırlaşan xanımlara məsləhət görürəm
Телевизионные программы

Həqiqətə uyğun olmayan video və xəbərləri televiziya kanallarında göstərməklə nə qazanırsınız?
Телевизионные программы

"Big brother Türkiye" – super realiti şoudur. Gokçen, İdil, Arsel, yarışmanı sizlərdən birinin udmasını çox istəyirik
Телевизионные программы

"Big brother Türkiye" layihəsi gözlədiyim kimi maraqlı olmadı
Телевизионные программы

Turabinin "Survivor All Star"da 10 ilin çempionu olmasına çox sevindik
Телевизионные программы

"Пусть говорят" verilişində "Sən gəlməz oldun" musiqisinin səsləndirilməsi gözlənilməz və xoş oldu
Телевизионные программы

Xəzər TV-də yayımlanan "Addım-addım" verilişi insanı xəyalən təbiətin qoynuna aparır
Телевизионные программы

Бен бильмэм, эшим билир

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 1


up