Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
24 Августа 2016

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!

Bu resepti mən bir jurnaldan oxumuşdum. Maraqlı gəldiyi üçün bu yay mövsümündə vaxtaşırı hazırlayıb qəbul etdim və nəticəsini də gördüm.

“Alovlu öpüş” adlanan bu yay kokteyli maksimal karotin miqdarlı şirələr arasında əsl bestseller sayılır.

Kokteylin tərkibi: kök, portağal, çuğundur və zəncəfil qarışığı.

Hazırlanma qaydası:
Şirəçəkənə çiy kök qoyulur, sonra təmizlənmiş çuğundur əlavə olunur. Alınmış şirəyə portağal şirəsi əlavə olunub qarışdırılır və zövqə görə bir az zəncəfil qatılır.

Kokteyli hər gün və yaxud günaşırı içməklə dərinizin təbii qaralmasını sürətləndirə bilərsiniz. Mənim dərim ümumiyyətcə qaralmağa çox meylli deyil. Hamının dəniz kənarında 2 günə əldə etdiyi “zaqarı” mən 5 günə əldə edirəm. Amma bu kokteylin həqiqətən təsiri olduğunun özüm şahidi oldum. Yay hələ ki davam edir. Bu kokteyldən hələ də hazırlayıb, nəticəsini görə bilərsiniz.

  3707   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Напитки

  Положительных отзывов: 8

  Отрицательных отзывов: 0


up