Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Gunay Namazlı
21 Июля 2016

Qara və qırmızı qarağatdan yağlı və normal (quruluğa meylli) dərilər üçün özümün faydasını gördüyüm üz maskaları

Yayın gözəl fürsətləri olan bol-bol meyvə və tərəvəzlərinin xeyrini istifadə etməyin tam zamanıdır. Qarağatı çox sevirəm və üz dərimin vitaminlə zənginləşməsi üçün istifadə edirəm.

Üzümün dərisi yağlı olduğu üçün qırmızı qarağatdan təmizləyici maska kimi istifadə edirəm. Bunun üçün 1 qaşıq əzilmiş qırmızı qarağatı, 1 yumurtanın ağı və 1/2 xörək qaşığı yulaf ilə qarışdırıb üzümə çəkirəm. Qarışığı dərimə yüngül masaj hərəkətləri ilə yedirdirəm, 15-20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyuram.

Nəticədə üzümün dərisi daha təmiz, təravətli və ağarmış olur. Bir faydalı məlumat da verim ki, qarağat maskaları ümumiyyətcə piqmentli dərini açır və ağardır.

Yağlı və normal dərilər üçün isə qırmızı yox, qara qarağat maskaları daha uyğundur. Anamın dərisi normal olduğundan üz maskaları axtararkən həm özümə həm də anama uyğun üz maskaları axtarıram:) Beləliklə, quru və normal dərilər üçün1 xörək qaşığı əzilmiş qara qarağata 1 xörək qaşığı kəsmik və 2 xörək qaşığı süd əlavə edirik. 15-20 dəqiqə üzdə saxlayıb ilıq su ilə yuyuruq. Bu maska quru və ya normal dərini həm nəmləndirir, həm də qidalandırır. Hər iki üz maskasının faydasını görmüşük.

  1453   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Секреты красоты

Saçınız tökülür? Ev şəraitində özünüz buna çarə tapa bilərsiz. Resept!
Секреты красоты

Xurmadan çox gözəl maska resepti rəydə ...
Секреты красоты

Qış aylarında istifadə etdiyim 2 maska reseptini sizlərlə bölüşürəm
Секреты красоты

İstifadə etdiyim nəmləndirici effektli 2 maska resepti rəyimdə ...
Секреты красоты

Üz üçün təbii kremin faydasının özümüz şahidi olduq - hazırlanma qaydası rəydə...
Секреты красоты

Saçlarınızı mineral su ilə yaxalamağı bir vərdişə çevirin və nəticəni özünüz görün!
Секреты красоты

Mənim faydasını gördüyüm çiyələkli maskadan siz də istifadə edin
Секреты красоты

Dəniz duzu ilə dərini pilinq etməyin əsl zamanıdır. İstifadə etdiyim sadə resept
Секреты красоты

Nəticəsini gördüyüm albalı tərkibli maska reseptləri
Секреты красоты

Уход за кожей лица

  Положительных отзывов: 18

  Отрицательных отзывов: 0


up