Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şıxəli Melikov
26 Мая 2016

Suyu da xaricdən xarici valyuta ilə alırıq yəqin, ona görə bahalaşdı...

Son günlər bir çox insanları narahat dən bir xəbər yayımlandı – suyun qiyməti bahalaşdı. Deməli, “Azərsu” ASC-nin müraciəti əsasında 1 kubmetr su təchizatının tarifi Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 30 qəpikdən 35 qəpiyə qalxmış, həmçinin tullantı suları axıdılması xidmətlərinin tarifləri əhali üçün 6 qəpikdən 15 qəpiyə qaldırılmışdır.

Nə oldu? Suyu da xarici valyuta ilə xaricdən alırıq? İnsanların gəlirlərinin azaldığı vaxtda onların vəziyyətini daha da çətinləşdirmək düzgündür?

“Azərsu”nun nümayəndəsinin dediyinə görə, 4 dənə sutəmizləyici cihazlar alınmışdır və ümumiyyətlə xərclər artdığından bu addım atılıb. Sutəmizləyici cihazlar alınır, amma suyun keyfiyyəti heç də ürəkaçan deyil. Yaxşı olardı ki, əhaliyə suyun həcmini ölçən cihazlarla birlikdə suyun təmizliyini və keyfiyyətini ölçən cihazlar da quraşdırardınız. Sövet dövründə qohum-əqrabanın dediyinə görə, suyu qaynanmamış, krandan içirdilər. Amma indi suya pul versək də, suyu qaynatsaq da təmiz suya həsrətik.

Bir sözlə, hər şey insanların kürəyindən çıxarırlar. Əvvəlcə insanların heç olmasa maaşlarını qaldırıb, maddi rifahlarını yüksəldərdiniz sonra hər şeyi bahalaşdıraydınız. Beləliklə suyun qiyməti qalxdı. Növbədə nədir? Qaz və işıq?

  549   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Государственные учреждения

AzərSu insanların əsəbləri ilə oynayır
Государственные учреждения

Azərpoçtda xidmət səviyyəsi çox aşağıdır
Государственные учреждения

"Azadlıq prospekti" metrostansiyası – sən niyə bu gündəsən?
Государственные учреждения

Havanın temperaturu endikcə evlərimizdə qazın təzyiqi də düşür
Государственные учреждения

Evlərimizə gələn qazın tərkibi ilə maraqlanan varmı görəsən?!
Государственные учреждения

İsitiliyin verilməsində elə əvvəl gündən problem yarandısa bütün qışı normal isitilik gözləməyə dəyər?
Государственные учреждения

88 nömrəli avtobusun sərnişinlərinin bəxtəvər günlərinə son!
Государственные учреждения

АТС написала нам долг "dövriyyə üzrə borc"- что это за долг?
Государственные учреждения

FHN insanlara uzaq qohumdan da, yaxın qonşudan da daha yaxındır
Государственные учреждения

Azərsu
Государственные учреждения

Азерсу

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 7


up