Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
26 Мая 2016

"Kürə pizza" ailəvi restoranı - operativ çatdırılma xidməti və super keyfiyyətə görə təşəkkürlər

Bazar günü şəhərə alış-verişə çıxmışdıq. Evə çox yorğun qayıtmışdıq. Üstülik evdə hazır yemək də yox idi. Bu məqamda yoldaşım telefonu götürüb, pizza sifariş etdi. 15 dəqiqə keçməmiş evin qapısı döyüldü və hazır pizza artıq süfrəmizdə idi.

Kreativ və çox iştahaçan pizza və tərəvəz şəkilli dördkünc karton qablaşmadan artıq pizzanın ətri bizi valeh etmişdi. Sifariş verdikdə pizzanın kolbasa və sosissiz olmasını demişdik. Həqiqətən də sifarişimiz tam nəzərə alınmışdı və müxtəlif tərəvəzlər və ədviyatlarla bərabər toyuq əti vurulmuşdu.

Pizzanın xəmiri tam professional hazırlanmışdı. Qablaşmada pizzadan əlavə kiçik paketlərdə Calve mayonezi və Calve ketçupu da qoyulmuşdu.

Bu dadlı pizzanın hazırlandığı restoranın adı isə “Kürə pizza” ailəvi restoranı idi. Evlərə və iş yerlərinə pulsuz və operativ çatdırılma xidməti və super keyfiyyətə görə təşəkkürlər.

  1405   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рестораны и кафе

"Bir-iki" restoranı - burada bir dəfə məhz -"bir-iki dönərini" yeyən yenə yeyəcək
Рестораны и кафе

Womens Cafe - təəssüflə qeyd edirəm ki qiymətlər şişirtilmişdir
Рестораны и кафе

Chaikovsky cafe - şip-şirin məkan :) Çooox bəyəndim
Рестораны и кафе

Негативный отзыв о Coffeeshop Company Azerbaijan
Рестораны и кафе

Рассеянные официанты портят все хорошее впечатление о "Мадо"
Рестораны и кафе

Пиццерия Papa John's - ожидания не оправдались
Рестораны и кафе

KFC-də daddığım dondurmanın dadı damağımda qaldı
Рестораны и кафе

"Tarihi Sultanahmet Köftəcisi" restoranının mənfi və müsbət hallar
Рестораны и кафе

"HR İskender" restoranı dadlı yeməkləri ilə rahat və təmiz məkandır
Рестораны и кафе

Кюра Пицца семейный ресторан

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up