Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
26 Мая 2016

Lady House VIP-in aleksandrit lazer mütəxəssisi Səbinə xanım, səliqəli və diqqətli işinizə görə çox sağ olun!

Lazer epilyasiyasına vaxtı-vaxtında gedirəm. Amma bəzən lazer mütəxəssislərinin səliqəsiz və məsuliyyətsiz işləri ucbatından yeni lazer məkanı axtarmağa məcbur olursan. Mən artıq öz daimi gedəcəyim salonu müəyyənləşdirmişəm və xanımlara da o məkan və orada işləyən lazer mütəxəssisi haqqında qısa məlumat vermək istərdim.

Yəqin ki, çoxlarınız FACE studio salonalr şəbəkəsi haqqında eşitmişiniz. Lady House VİP də onların salonlarından biridir. Onu da qeyd edim ki adı tezliklə dəyişiləcək və Face Studio olacaq (bu haqda mənə salonda məlumat verdilər).

Salon çox səliqəli və bir sözlə elə adına uyğun olaraq VİP şəraitdədir. Heç bir natəmizlikdən və səliqəsizlikdən söhbət belə gedə bilməz. Lazer otağı çooox işıqlıdır ki, bu da lazer epilyasiyasının daha səliqəli aparılmasında çox böyük rol oynayır. Epilyasiya vaxtı nahiyəyə uyğun olaraq təmiz xalatlar və ayaqqabılar verilir.

Başqa salonlardakı kimi bütün kliyentləri eyni saata yazıb, sonra salona gəldikdə isə növbə gözləməli olmursan. Hər kəs yalnız yazıldığı saatda gəlir və prosedura qəbul edib gedir.

Səbinə xanıma gəldikdə isə çox mehriban xanımdır. Yəni epilyasiya zamanı onun yanında heç bir diskomfort hiss etmirsən:) Ən əsası çox-çox səliqəli işləyir. Mən adətən epilyasiya elətdirdikə həmişə korreksiyaya ehtiyac qalırdı. Amma Səbinə xanım o qədər məsuliyyətlə və səliqə ilə işləyir ki heç korreksiyaya belə ehtiyac qalmır. Amma ümumilikdə isə ehtiyac qaldıqda belə 14 gün müddətində kprreksiyaya gəlmək mümkündür.

Xanımlar, onu da deyim ki hal-hazırda FaceStudio Salonlar şəbəkəsində, həmçinin Lady House VIP-də aleksandit lazer epilyasiyasına endirimlər keçirilir. Qiymətlər şəxsən mənə görə çox sərfəlidir.

Bir sözlə, Lady House VIP-dən də, Səbinə xanımdan da çox-çox razı qaldım. Ümid edirəm xidmət və keyfiyyətləri həmişə bu cür əla səviyyədə olar. Getmək istəyənlər üçün salonun telefonunu da qeyd edirəm: 012-436-54-26,055-408-69-79

  1525   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Салоны красоты и спа-центры, бани

Hair style by Nisə, make up by Səxavətdirsə deməli hamı sizi bəyənəcək:)
Салоны красоты и спа-центры, бани

ST studio-da lazer epilyasiyasından razı qaldım
Салоны красоты и спа-центры, бани

Советую сходить на спа-педикюр в салон Vivid
Салоны красоты и спа-центры, бани

Bella 2 salonu - sosial şəbəkələrdə yalançı elanlar yerləşdirmək nə dərəcədə düzgündür???
Салоны красоты и спа-центры, бани

Monika gözəllik salonunda saçqıranları yaxşı təmizlədilər
Салоны красоты и спа-центры, бани

"Beauty Code" salonundan çox razı qaldım
Салоны красоты и спа-центры, бани

Beauty Concept Baku gözəllik salonunda işləyən Gulya xanımdan razı qaldım, Təşəkkürlər imho.az!
Салоны красоты и спа-центры, бани

Стрижка горячими ножницами в Beauttech - Лишняя трата денег
Салоны красоты и спа-центры, бани

Beauty Concept Baku salonundakı Gulya xanımın işindən razı qaldım. Məsləhət görürəm
Салоны красоты и спа-центры, бани

Lady House VIP (Лазерная эпиляция)

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up