Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
30 Апреля 2016

Xaqani küçəsində yerləşən İdeal mağazasının xanım məsləhətçilərindən çox narazıyam!

Xaqani küçəsində yerləşən (Tahir marketin cərgəsində) İdeal parfümeriya və kosmetika mağazasının satıcıları haqqında mənfi rəyimi yazmaq istəyirəm. Belə ki, oradakı məsləhətçilər, xüsusilə də xanımlar çox kobud və özündən razı rəftarları gələn alıcıları narazı vəziyyətdə yola salırlar.

Əvvəllər də məhz o mağazadan tez-tez alış-veriş edir, hətta heç alış-veriş etmədən çıxdığım vaxtlar da olub. Amma əvvəllər oradakı gənc xanımlar çox mehriban idi. Hətta heçnə almasan belə çoxlu məsləhətlər verib insanı gülərüzlə yola salırdılar.

Amma ölkədəki inflyasiya ilə bağlı İdealda da yəqin ixtisarlar olub və işçilərin sayı xeyli azalıb. Qalanlar isə çox kobud, üzlərində 1 qram gülərüzlük olmayan insanlardır. Elə sifətlə, elə minnətlə danışırlar ki, sanki böyük vəzifədə işləyirlər və gələnlər də onlara tabedir. Mən başa düşə bilmirəm ki, onlar özlərini kim hesab edirlər. Məhz o kobud münasibətə görə alış-verişimi o mağazadan yox başqa İdeal mağazası şəbəkəsindən etdim.

Xahiş edirəm rəhbərlik işçilərini başa salsın ki, onların işi müştəriləri razı salmaqdır. Onların vəzifələri sırf ondan ibarətdir. Hər halda hərə öz işini layqincə görməyə borcludur. Yox əgər insanlara xoş üz göstərməyi, normal məsləhət görməyi bacarmırlarsa öz işlərini daha mehriban insanlara təhvil versinlər. Hər halda ora gələn müştərilər heeeç də onlardan aşağı vəzifədə işləyən insanlar deyil!

  1139   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Магазины

"Despina boutique" geyim mağazasında sərfəli endirimlərlə zövqlü geyimlər əldə etdim
Магазины

"Afko" ayaqqabı mağazasının daimi müştərisi olaraq sizdən çox razıyam
Магазины

"Bon appetit"dən alınan çiyələkli "Liliana" tortu
Магазины

Bu cür mağazalar daha çox olsa əla olar
Магазины

Viva-nın "Günün dadı yarı qiymətə" aksiyası çox sərfəlidir
Магазины

Ideal-ın "Özəl müştəriləri üçün özəl aksiya"sı özəl yox sirr olaraq qaldı
Магазины

"Чудо печка" около станции метро "Сахиль" - отвратительное, грубое обслуживание
Магазины

Магазин школьных принадлежностей "Zəka" - большой выбор и приемлемые цены
Магазины

Həqiqətən də layiqli sözlər: Gözəl günün özəl dadını "AZZA cake house"da tapmaq mümkündür
Магазины

IDEAL
Магазины

Идеал

  Положительных отзывов: 2

  Отрицательных отзывов: 4


up