Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
30 Апреля 2016

Dəniz duzu ilə dərini pilinq etməyin əsl zamanıdır. İstifadə etdiyim sadə resept

Rəfiqəm ilə marketdə alış-veriş edərkən gözüm axtardığım bir yazıya sataşdı. Bu, dəniz duzu idi. Qışdan çıxdığımız üçün dərimizin pilinqə ehtiyacı var. Bunun üçün dəniz duzu çox gözəl və keyfiyyətli vasitədir.

Dəniz duzu adi duzdan fərqli olaraq müxtəlif mikro-elementlər və minerallarla zəngindir. Dəniz duzu ilə pilinq dərini həm də ölmüş hüceyrələrdən təmizləyir. Təbii skrab olduğu üçün dərini təmizləyərkən dəri həm də hamarlaşır, yumşalır və parlaq olur. Bundan başqa üzün dərisi yaxşılaşır, piqment ləkələri az da olsa ağarırlar.

Dəniz duzunun hissəcikləri həcmli olduğu üçün onu kofemolkada narın vəziyyətə çatdırmaq lazımdır ki dəri zədələnməsin. Rəfiqəmin dərisi quru olduğu üçün o normal və quru dərilərə uyğun dəniz duzu pilinqindən istifadə edir.

Normal və quru dərinin pilinqi üçün 1 çay qaşığı dəniz duzunu 1 çay qaşığı xama və yaxud da 1 yumurta sarısı ilə qarışdırıb istifadə edilir.

Mənim öz dərim isə yağlıdır. Mən isə yağlı dərilər üçün nəzərdə tutulmuş pilinqdən istifadə edirəm.: 1 çay qaşığı duzu 1 xörək qaşığı kefir ilə qarışdırırıq.

Məhlul dərhal dəriyə çəkilir və 1-2 dəqiqə yüngülcə masaj edilir. 5-10 dəqiqə üzdə qaldıqdan sonra ilıq su ilə yuyulur. Sonda isə dəriyə mütləq nəmləndirici krem çəkmək lazımdır.

Mən özüm bu pilinqdən mütəmadi olaraq istifadə edirəm.

  4663   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Секреты красоты

Saçınız tökülür? Ev şəraitində özünüz buna çarə tapa bilərsiz. Resept!
Секреты красоты

Xurmadan çox gözəl maska resepti rəydə ...
Секреты красоты

Qış aylarında istifadə etdiyim 2 maska reseptini sizlərlə bölüşürəm
Секреты красоты

İstifadə etdiyim nəmləndirici effektli 2 maska resepti rəyimdə ...
Секреты красоты

Üz üçün təbii kremin faydasının özümüz şahidi olduq - hazırlanma qaydası rəydə...
Секреты красоты

Qara və qırmızı qarağatdan yağlı və normal (quruluğa meylli) dərilər üçün özümün faydasını gördüyüm üz maskaları
Секреты красоты

Saçlarınızı mineral su ilə yaxalamağı bir vərdişə çevirin və nəticəni özünüz görün!
Секреты красоты

Mənim faydasını gördüyüm çiyələkli maskadan siz də istifadə edin
Секреты красоты

Nəticəsini gördüyüm albalı tərkibli maska reseptləri
Секреты красоты

Уход за кожей лица

  Положительных отзывов: 18

  Отрицательных отзывов: 0


up