Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
21 Апреля 2016

"Nəbz" klinikası... İnsanlıq bu qədər mi ucuzlaşıb?

14 aprel tarixində axşam saat 18:40 radələrində Qara Qarayev ərazisində idim. Yol kənarında təxminən 17-18 yaşlarında bir qızın uzandığını gördüm və dərhal yaxınlaşdım. Qız huşsuz vəziyyətdə uzanmışdı. Yaxınlardakı aptekə qaçıb naşatır spirti alıb gəldim ki bəlkə qıza ilk yardım göstərə bilərəm. Qız az da olsa reaksiya verdi amma vəziyyəti hələ də pis idi.

Nəisə, sözüm onda deyil. Belə ki, insan adətən özünü pis hiss edəndə həkimə müraciət edər. Amma o yazığ qız Qara Qarayev ərazisindəki “Nəbz” klinikasının düz qabağında yerdə uzanmışdı. Əlbəttə adam klinika görəndə kömək üçün birinci ora qaçar. Mən də elə etdim. Amma klinikaya yaxınlaşanda oradakı polislər dedilər, növbətçi həkim hal-hazırda yoxdur, amma indi Təcili yardıma zəng edərik, gələr.

O necə ola bilər? Birincisi, saat axşam 19:00 radələri idi. İkincisi yəni o klinikada bir insan belə tapılmadı ki, çıxıb o qıza ilkin yardım göstərsin? Axı təcili yardımı gözləməyə nə gərək var? Düz klinikanın yanında adam uzanıb, amma haradansa təcili yardım maşınının gəlməyini gözləmək lazımdı. Təcili yardıma zəng etməyə qaldıqda isə artıq qızın başına toplaşan insanlar təcili yardıma zəng vurmuşdu.

Açığı heç inanmağım gəlmir ki o boyda klinikada saat 7-də həkim olmasın. Ən azından oranın əməkdaşları tibb təhsillidirlər. Ən azından içəri götürüb, ilkin tibbi yardımı göstərmək olardı. Demək, ağ xalatlıların insanlara verdiyi dəyər yalnız pulla ölçülürmüş. İnsanlıq bu qədər mi ucuzlaşıb??? Deyəsən insanların göz önündə can verməyi artıq adiləşib... Yalnız maraqlı bir film kimi qıraqdan seyr etməyə öyrəşilib... ALLAH heç kimi kimlərinsə köməyinə möhtac etməsin...

  2828   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Больницы и клиники

"Бесплатный сыр только в мышеловке" - так и в клинике "Vital"
Больницы и клиники

"Loğmed" MMC-yə məxsus olan "Loğmed" klinikasını rahatca ''bazar'' adlandırmaq olar!
Больницы и клиники

Реанимация Сабунчинской больницы - настоящая обдираловка
Больницы и клиники

Türkiyə Memorial xəstəxanası bizim klinikalarla heç müqayisə olunası da deyil
Больницы и клиники

"Medi House"-dakı lazer və iynə ilə epilyasiyanın effektiv nəticəsinin şahidi oldum
Больницы и клиники

Baku Medical Plaza-dakı intizam qaydaları məncə bütün tibb müəssisələrində tətbiq olunmalıdır
Больницы и клиники

Uşaq poliklinikasında böyüklərin nə işi var axı?!
Больницы и клиники

"Fransız Silueti" estetik klinikası – savadlı həkimləri olsa da, qiymətlərinə görə adam yaxın dura bilmir
Больницы и клиники

5 nömrəli xəstəxanada rayon qeydiyyatında olan tələbəni müayinə etməkdən imtina etdilər. Ədalətsizlik!
Больницы и клиники

Набз клиника

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 1


up