Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
29 Января 2016

Lazımsız dərmanların yox, xəstələrin gündəlik tələbatı olan dərmanların qiymətini ucuzlaşdırmaq lazımdır!

Artıq neçə vaxtdır ki, televiziya kanallarında, internetdə dərmanların ucuzlaşmasl haqqında xəbərlər eşidir, oxuyuruq. Dərmanların siyahısı, çeşidləri dərc olunur və hətta təxmini minə qədər dərmanın adı çəkilirdi. Amma bunlar hamısı sözdə idi. Həqiqətdə isə şəxsən mən özüm heç bir dərmanın ucuzlaşmasını görmədim. Ola bilsin ki, o xəbərlər apteklərdə rəfləri bəzəyən, amma insanların heç almadığı dərmanlara aid idi.

Mən dəfələrlə Rusiya xəbərlərində oxumuşam ki, həyata vacib olan dərmanların qiymətləri nəzərdə saxlanılır. Bu əsasən xroniki xəstəliklərdə istifadə olunan dərmanlara aiddir. Axı bu cür xəstələr ömür boyu dərmanlar qəbul etməyə məcburdurlar və buna xeyli vəsait xərcləyirlər. Amma bizdə buna fikir verən yoxdur.

Bizim ailədə şəkər xəstəsi var. O, gündəlik olaraq “Newglikamet” tabletləri qəbul edir. Paçkada 30 tableti 8 manat 10 qəpiyə alırdıq. Lakin bu günlərdə həmin dərmanı 11 manat 40 pəqiyə aldıq. Bu da televiziya kanallarımızın bar-bar bağırdığı ucuzlaşma...

Pulun dəyərinin öldüyü bir vaxta dərmanları yalandan ucuzlaşdırdıq demək lazım deyil! Xəstələrin daha çox ehtiyac duyduğu dərmanları ucuzlaşdırmaq lazımdır.

  1082   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up