Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
25 Декабря 2015

Neftin qiyməti də düşdü amma benzinin qiyməti eyni qalıb, hətta qiymətin artacağı kimi şaiyələr gəzir. Niyə?

Manatın ucuzlaşmasından sonra insanlar arasında ajotaj yaşanır. Mağazalarda malların azalması, qiymətlərin bahalaşması, bəzi malların satışının ümumiyyətlə dayandılırması və s. kimi hallar artıq bir neçə gündür davam edir.

Bu azmışkən internetdə oxuduğum bir xəbər məni lap təəccübləndirdi. Deməli, manatın “üzən məzənnə”yə keçməsindən sonra benzinin qiymətinin qalxacağı iddia edilir. Çox gülməlidir. Neftin “bəxtəvər” vaxtlarında qiymətinin 100 dollardan artıq olması, benzinin qiymətinin qalxmasına bəhanə olmuşdu. Benzinin qiyməti qalxdısa hər bir şeyin: ərzaqların, tikinti materiallarının, maşınların, evlərin və s. qiyməti qalxırdı. Bəs neftin qiyməti düşdükdə niyə bunun əksi baş vermədi? Müasir zamanda nə baş verir? Neftin qiyməti düşüb, lakin benzinin qiyməti hələdə neftin keçmiş qiymətinə uyğundur.

Dolların bahalaşma fonunda istehsalçılar mallarının qiymətlərini qaldırır. Siz, vəzifədə olan məmurlar insanları düşünürsünüzsə və qiymətlərin qalxmasına mane olmaq istəyirsinizsə bunun bir gözəl və yeganə yolu var! Bu da benzinin qiymətini aşağı salmaqdır. Çünki neftin qiyməti düşüb. Benzinin qiyməti düşərsə bahalaşmanın da qarşısı alınar. Bunu öz millətiniz üçün etməyə hazırsınız? Xeyr, inanmıram. Bizdə - Azərbaycanda yalnız bahalaşma mümkündür, əksi yox!

Bir də ki, benzinin bahalaşması söhbətini ortaya atanlardan bir vətəndaş kimi soruşmaq istərdim ki, Azərbaycanda benzin qiyməti 40 dollardan da aşağı düşən neftdən istehsal olunmur? Bəlkə bizim benzinimizin tərkibi eksklüziv – bahalı və başqa ölkələrə məlum olmayan tərkibdən hazırlanır, amma bizim xəbərimiz yoxdur?!

  852   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up