Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
17 Августа 2015

Həqiqətən də layiqli sözlər: Gözəl günün özəl dadını "AZZA cake house"da tapmaq mümkündür

“AZZA cake house“ haqqında bəlkə də yazmağa dəyməz. Çünki çoxunuz bilirsiniz ki, orada hazırlanan tortlar və digər şirniyyatlar çox yüksək səviyyədədir. Amma yenə də “Azza”nın sadiq alıcısı kimi ora haqqında müsbət rəy yazmaq istərdim.

Bacımın ad gününə tort almaq üçün həftə sonu “Azza”nın Puşkin küçəsi 5 ünavanında yerləşən mağazasına yollandım. Əvvəldən sifariş vermədiyim üçün hazır tortlar arasında seçim etdim. Amma elə ilk baxışdan istədiyim dizaynda, rəngdə çox al-əlvan bir tortu seçə bildim.

Düzü, orda hər kateqoriyada, qiymətdə tortlar var (heç də şişirdilmiş qiymətlər deyil). Oradakı xidmət səviyyəsi də yüksəkdir. Alıcını qapının ağzına kimi müşayiət edir və gülərüzlə yola salırlar. Sözsüz ki, hər bir obyektdə ilk öncə keyfiyyət sonra isə xidmət seviyyəsi öz sözünü deyir.

Torta gəldikdə isə qırmızı, çox incə, həmçinin al-əlvan olduğu qədər də çox dadlıydı. Həm bilinirdi ki, təzədir, həm də içindəki inqredientlər bir-birini tamamilə tamamlayırdı. Mən özüm çox da tort həvəskarı deyiləm və adətən tortu elə alınan gün bir neçə qaşıq yeyirəm. Amma “Azza”nın tortlarının dadından doymaq olmur. “Azza” hər bir şeydə - istər dadda, istər keyfiyyətdə, istər eksklüziv qablaşmada həqiqətən fərqlidir.

  3028   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Магазины

"Despina boutique" geyim mağazasında sərfəli endirimlərlə zövqlü geyimlər əldə etdim
Магазины

"Afko" ayaqqabı mağazasının daimi müştərisi olaraq sizdən çox razıyam
Магазины

"Bon appetit"dən alınan çiyələkli "Liliana" tortu
Магазины

Xaqani küçəsində yerləşən İdeal mağazasının xanım məsləhətçilərindən çox narazıyam!
Магазины

Bu cür mağazalar daha çox olsa əla olar
Магазины

Viva-nın "Günün dadı yarı qiymətə" aksiyası çox sərfəlidir
Магазины

Ideal-ın "Özəl müştəriləri üçün özəl aksiya"sı özəl yox sirr olaraq qaldı
Магазины

"Чудо печка" около станции метро "Сахиль" - отвратительное, грубое обслуживание
Магазины

Магазин школьных принадлежностей "Zəka" - большой выбор и приемлемые цены
Магазины

AZZA cake house
Магазины

AZZA cake house

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up