Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
17 Августа 2015

Allah (s.a.s) sizdən razı olsun Leyla xanım!

Xəbərlərdən oxudum ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaq evlərinin birindən valideyn himayəsindən məhrum olan bir körpəni övladlığıa götürmüşdür. Əslində Leyla xanımdan bu cür hərəkəti gözləmək olardı. Onun yazdığı şeirlərdən necə incə ruhlu və duyğulu insan olduğu bilinir.

Hər hansı körpəni övladlığa götürmək üçün böyük ürək sahibi olmaq lazımdır. Ölkəmizdə o qədər imkanlı insanlar var ki, amma bir çoxu tüfeyli həyat yaşayır, bir çoxunun isə ümumiyyətcə bu haqda düşünmək ağlına belə gəlmir. Amma bu ilk növbədə Allah (s.a.s) yanında böyük bir savabdır. Bir körpənin həyatının məsuliyyətini gözə almaq, ona tərbiyə vermək və yaşatmaq insanlığı yaşatmaq deməkdir. Əsl analıq uşağı dünyaya gətirmək deyil, onu böyütmək və tərbiyə etməkdir.

Bu mövzuda bir hədisi misal gətirmək istərdim: Peyğəmbərimiz (s.a.s) bir insana çox hörmət və ehtiram edirmiş. Ətrafındakılar təəccüblənirdilər ki, axı bu insan nə namaz qılmır, nə oruc tutmur, amma Peyğəmbərimiz (s.a.s) onu çox sevir. Nəhayət onlar bu sualla Peyğəmbərimizə yaxınlaşırlar. Peyğəmbərimiz deyir: “Onun yeri artıq cənnətdə hazırdır”. Belə ki, o dövrdə doğulan qız uşaqlarını öldürür, diri-diri torpağa basdırırdılar. Bu insan isə 100-dən çox qız uşağını pulu ilə alıb ölümdən xilas edirmiş. Bununla da Peyğəmbərimizin (s.a.s) məhəbbətini və Allahın (s.a.s) rəhmətini qazanmışdır.

Bizim dövrümüzdə də kimsəsiz uşağı övladlığa götürmək ona yeni, mənalı həyat bəxş etməkdir, onu xoşbəxt etməkdir. Bunu edənlərdən, Leyla xanım sizdən ALLAH (s.a.s) razı olsun...

  1062   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up