Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
17 Августа 2015

"Lavsonia" xınası – həm qablaşmanın tərkibi yarımçıq çıxdı həm də şabalıdı rəng alınmadı

Saçlarımı rəngləmək üçün təbii boya olan xına almağı qərara aldım. Xınanın çox xeyri olsa da istifadədə müəyyən çətinlikləri olduğu üçün hazır qablaşmada olan rəngli xınadan aldım.

Dükanda ancaq “Lavsonia – 7 komponentlə birlikdə müalicəvi xına” olduğu üçün onu aldım. Qara və şabalıdı rəng seçimləri var idi. Mən də öz saçıma uyğun şabalıdı rəngi seçdim.

Qablaşmanın üzərində şəffaf paketlərin içində 50 qramlıq müalicəvi xına, 50 qramlıq rəngli xına, əlcək, saç üçün örtük və aloe şirəsi olduğu yazılmışdı. Amma təəssüf ki, aldığım qablaşmada aloe şirəsi çıxmadı.

Xınanın müalicəvi təsirinə heç bir şübhəm yoxdur. Yazıldığına görə də tərkibində 7 komponent: xına yarpağı, mərsin yarpağı, dazıotu çiçəyi, gənəgərçək yağı, basma yarpağı, gilabı və zeytun yağı var.

İnstruksiyada yazıldığı kimi paketlərin tərkibini birləşdirib qaynar su ilə qarışdırdım və saçlarıma yaxdım, 60 dəqiqəyə kimi gözlədim. Amma saçlarım heç də şabalıdı rəngə boyanmadı. Adi xına rəngi, yəni qızılı-sarı rəng alındı. Rəng məqsədiylə bu xınanı almaq düzgün deyil.

  2064   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Декоративная косметика

Artdeco Lip passion (#43 Creamy dahlia) - həm rəng tonuna, həm də keyfiyyətinə görə 100% bəyənəcəksiniz
Декоративная косметика

ArtDeco Rich treatment foundation tonal kremi məncə bir çox xanımın ürəyincə olacaq
Декоративная косметика

Monaliza qaş karandaşı (004 çalarlı) ilə qaşlarım daha səliqəli və baxımlı görünür
Декоративная косметика

Mən üstünlüyü "Londa" saç boyalarına verirəm
Декоративная косметика

Collistar Rosetto Art Design dodaq boyasının 11/papaya rəngi - şaftalı rəngini axtaran xanımlar üçün:)
Декоративная косметика

Maybelline Lash Sensational Веерный Объем – kirpikləri əla burur və uzadır
Декоративная косметика

Faberlic "Безупречная кожа" Легкий светящийся – bu tonal kremi çəkdin ya çəkmədin heç bir fərq eləməz
Декоративная косметика

"Wellaton" saç boyası - ilk istifadədən xoşumuza gəldi
Декоративная косметика

Givenchy Noir couture volume mascara – qiymətinə aldanmaq lazım deyil
Декоративная косметика

Лавсония хна

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 1


up